Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Sərnişin daşımaları üzrə böyük mütəxəssis (Naxçıvan regional idarəsi)

NaxçıvanMənbə: Work.az

Vakansiya haqqında

TəsvirƏsas öhdəliklər:- Onlayn bilet satışının və ictimai nəqliyyatın işinin təşkili üzrə fəaliyyətləri həyata keçirmək, daşımaların icrasına və gedişhaqqı tariflərinin tətbiqinə nəzarət etmək.- Sərnişindaşıma fəaliyyəti üzrə hesabatlılığı təmin etmək, marşrut şəbəkəsinin optimallaşdırılması və avtobus parkının yenilənməsi ilə bağlı təhlillər və təkliflər hazırlamaq.- Müsabiqə nəticəsində qalib elan olunmuş daşıyıcılar tərəfindən daşımaların marşrutlar (reyslər) üzrə təmin edilməsi ilə əlaqədar tədbirlər görülməsində və nəzarətin təmin edilməsində iştirak etmək;- Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətləri və sənədləri yoxlamaq, müqavilələrin bağlanılması və icrasına nəzarət etmək.- İctimai nəqliyyatda innovativ həllər və yeni tarif modelləri üzrə təhlillər aparmaq, tətbiq imkanlarına dair təkliflər vermək və icrada iştirak etmək;- Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək;- Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək;- Elektron sistem üzərindən Taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyəti üzrə tədbirlər görmək.TələblərTələblər:- Nəqliyyat sahəsi üzrə ali təhsil;- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;- Azərbaycan dilini sərbəst səviyyədə bilmək;- MS Office proqramlarında sərbəst işləmə bacarığı;- İngilis və ya rus dillərindən birini sərbəst bilməsi üstünlükdür;- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;- Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;- “Lisenziyalar və icazələr haqqında” qanunu və taksi fəaliyyəti sahəsini tənzimləyən müvafiq normativ sənədlər üzrə məlumatlı olmaq (müsabiqə, reysqabağı texniki və tibbi müayinə, sərnişin və yük daşınması qaydaları və s.);- Sərnişindaşıma üzrə normativ tələblər barədə biliklər;- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;- İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;- Çətin situasiyalarda konstruktiv yanaşma;- Problem həll etmə və qərarvermədə çeviklik;- Stressə davamlılıq və emosional sabitlik;- Prioritetləşdirmə və detallara diqqət;- Analitik düşünmə və innovativlik- Komanda ilə işləmək bacarığı. İş yeri: Naxçıvan şəhəri.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.