Vakansiya haqqında
📍Baku Design AcademySizdən nə gözləyirik?Biz sadəcə "satıcı" axtarmırıq. Bizə müştərini anlayıb, ona doğru həlli təqdim edə bilən və satışınəticəyə çatdıran peşəkar lazımdır.Əgər siz:Müştərinin əsl ehtiyacını 5 dəqiqədə tapa bilirsinizsə,Etirazları ilk 30 saniyədə dəyərlə əvəzləyə bilirsinizsə,Satışın texnologiya olduğunu bilib, öz nəticələrinizi rəqəmlərlə ölçməyi sevirsinizsə, — bu rol sizin üçündür.Əsas öhdəliklər:Lid emalı: Sosial şəbəkələr, zənglər və yazışmalar üzrə daxil olan müştərilərlə çalışmaq,onları konsultasiyaya və müqaviləyə gətirmək.Konsultasiya aparmaq: müştərinin karyera məqsədlərini anlamaq, ona uyğun kursu-peşəni seçməsində kömək etmək.Satış bağlamaq (Closing) müqavilə imzalanması, ödəniş qaydalarının razılaşdırılması.Mütamadi Follow-up: "Düşünür", "Geri dönüş edəcək" statusundakı müştərilərlə sistemli işləmək.CRM-də dəqiq qeydlər aparmaq: hər bir müştəri ilə ünsiyyət, növbəti addımlar, nəticələr CRM-də qeyd olunmalıdır.Komanda ilə bilik paylaşmaq: yaxşı işləmiş skriptlər, yeni etirazlar, müştəri tipləri haqqında müşahidələrinizi komanda ilə bölüşmək.Namizədə dair tələblər:Mütləq: Satışda ən azı 2 il təcrübə (təhsil, xidmət, sığorta, bank və ya uzun satış dövrü olan sahələrdə).Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi).CRM sistemləri ilə işləmə təcrübəsi.Rəqəmlərlə düşünmək: öz konversiyanızı, orta çekinizi, satışdan satışa dövrünü biliyiniz.Etirazlarla işləmə bacarığı.Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək.Üstünlük olaraq:Təhsil, kurs, treninq satışı təcrübəsi.Rus və ya İngilis dili.Biz nə təklif edirik?Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.Rəqabətli əmək haqqı: Fiks + performansa bağlı bonus sistemi.Şəffaf KPI: nəyə görə nə qədər qazanacağınızı ilk gündən bilirsiniz.Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.İnkişaf perspektivi: yüksək nəticə göstərən mütəxəssislər üçün daha böyük rollara keçid imkanı.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Senior Satış Mütəxəssisi - Ad Soyadınız" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.Qeyd: Yalnız seçilmiş namizədlərlə 10 iş günü ərzində əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
