Vakansiya haqqında
Predsol Vəzifə təsviri:Sahə işçiləri üçün istifadə olunan mobil tətbiqlərin (məlumat toplama, qeydiyyat, yoxlama və digər sahə iş axınları) Android və iOS platformalarında inkişafı, buraxılışı və dəstəklənməsi. Offline-first arxitektura, kamera, GPS və sinxronizasiya əsas prioritetdirÖhdəliklər:Mövcud native Android tətbiqlərinin (Kotlin, Jetpack Compose) inkişafı və dəstəklənməsiEyni biznes məntiqi ilə iOS versiyalarının hazırlanması (Swift/SwiftUI və ya React Native/Expo — komanda qərarına uyğun)Offline növbə (local storage), background sinxronizasiya mexanizmləriKamera, foto sıxma, barkod oxuma, GPS və xəritə inteqrasiyasıAPI ilə iş: multipart yükləmə, autentifikasiya, in-app yeniləmə/paylama axınlarıStaging və production buraxılışlarQA və DevOps komandaları ilə birgə tətbiqin paylanması (daxili kanal, marketplace və ya enterprise)Tələblər:3+ il mobil tətbiq hazırlama təcrübəsi; ən azı bir platformada production buraxılışİkinci platformaya (iOS və ya Android) peşəkar səviyyədə keçid bacarığı və ya full-stack mobil təcrübəOffline və sinxronizasiya təcrübəsi (zəif şəbəkə şəraitində işləmə)App Store/Play Store (və ya daxili paylama) prosesləri üzrə bilikÜstünlük təşkil edən keyfiyyətlər:Sahə əməliyyatları və ya utility tipli mobil tətbiqlərdə təcrübəDaxili APK/tətbiq yeniləmə mexanizmləri qurma təcrübəsiDil bilikləri:Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;Rus dili biliyi üstünlük hesab olunur.Əlavə Məlumat:Servis şirkət tərəfindən təmin olunur.İş saatları: həftənin 5 günü, 08:00–17:00.Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Mobile Developer” başlıqı ilə göndərsin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
