Vakansiya haqqında
KVALİFİKASİYA TƏLƏBLƏRİAli təhsil — minimum magistr dərəcəsi;QS World University Rankings ümumi siyahısı üzrə Top 300 universitetin məzunlarına üstünlük verilir;Layihə idarəetməsi, biznesin idarə edilməsi, innovasiya menecmenti və ya texniki istiqamətlər üzrə təhsil və/və ya əlavə ixtisasartırma üstünlük hesab olunur;Layihə idarəetməsi, sənaye əməkdaşlığı, biznesin inkişafı və ya korporativ tərəfdaşlıqların qurulması sahəsində minimum 3 il iş təcrübəsi;Texnologiya, İT və ya sənaye sektorunda layihə təcrübəsi üstünlük hesab olunur;PMP, PRINCE2, IPMA və ya ekvivalent layihə idarəetməsi sertifikatının olması üstünlükdür;İngilis dili üzrə minimum B2–C1 səviyyəsində bilik;Universitet, tədqiqat mərkəzi və ya sənaye–akademiya əməkdaşlığı layihələrində iş təcrübəsi üstünlük hesab olunur; KOMPETENSİYA TƏLƏBLƏRİ Layihə və tərəfdaşlıq kompetensiyaları:Eyni vaxtda bir neçə layihəni planlaşdırmaq, prioritetləşdirmək və icrasına nəzarət etmək bacarığı;Layihələrin icra vəziyyətini izləmək və müvafiq hesabatlılığı təmin etmək bacarığı;Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və idarə etmək bacarığı;Müqavilə öhdəliklərini izləmək və idarə etmək bacarığı;Korporativ tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək bacarığı;Akademik və sənaye tərəfləri arasında effektiv koordinasiyanı təmin etmək bacarığı; Kommunikasiya kompetensiyaları:Yüksək səviyyədə şifahi və yazılı kommunikasiya bacarığı;İşgüzar danışıqlar aparmaq bacarığı;Təqdimat hazırlamaq və təqdim etmək bacarığı;Rəsmi və işgüzar yazışmalar aparmaq bacarığı;Beynəlxalq tərəfdaşlarla ingilis dilində peşəkar yazılı və şifahi kommunikasiya aparmaq bacarığı; Texniki və funksional kompetensiyalar:MS Project, Jira, Asana, Trello və ya ekvivalent layihə idarəetmə alətləri ilə işləmək bacarığı;MS Word, Excel və PowerPoint proqramlarında yüksək səviyyədə sənəd, hesabat və təqdimat hazırlamaq bacarığı;Süni intellekt, maşın öyrənməsi və rəqəmsal transformasiya sahələri üzrə ümumi texniki savadlılıq;Texniki mütəxəssislər və sənaye tərəfdaşları ilə peşəkar ünsiyyət üçün kifayət edən texniki anlayış; Əmək haqqı: 2500AZN Son müraciət tarixi: 24.09.2026 Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:👉Müraciət formu QEYD: Əmək haqqı namizədin bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsinin nəticələrinə əsasən müəyyən edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
