Vakansiya haqqında
İş haqqında məlumat (Vəzifə öhdəlikləri):Linux (Red Hat / CentOS / Ubuntu) əsaslı server infrastrukturunun, development və production mühitlərinin qurulması, idarə edilməsi və miqyaslandırılması;VMware vSphere platforması üzərində virtual mühitlərin konfiqurasiyası və dəstəyi;Şəbəkə avadanlıqlarının (Router, Switch, Wireless Controller, Access Point) və Firewall sistemlərinin (Palo Alto, Cisco və s.) quraşdırılması, idarə edilməsi;Şəbəkənin 7/24 yüksək əlçatanlıq (High Availability) və stabil fəaliyyətinin təmin edilməsi, trafikin optimallaşdırılması;Kritik hallarda nasazlıqların sürətli diaqnostikası (RCA) və aradan qaldırılması;Gündəlik inzibatçılıq və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin (Bash, Python) yazılması;VPN texnologiyalarının idarə edilməsi və şəbəkə təhlükəsizliyi risklərinin analizi;Sistem və şəbəkə konfiqurasiyaları üzrə texniki sənədləşmənin aparılması.Tələblər:İnformasiya Texnologiyaları sahəsində ali təhsil (texniki təhsil arzuolunandır);Sistem administratoru (Linux mühiti) və şəbəkə inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi;Nəzəri və praktiki CCNA/CCNP səviyyəsində şəbəkə bilikləri (Routing, Switching, VLAN, OSPF, BGP, VPN, IPsec);Red Hat/Linux sistemləri üzrə dərin biliklər (RHCSA/RHCE sertifikatlarına malik olmaq üstünlükdür);Palo Alto və ya digər Enterprise səviyyəli Firewall sistemləri ilə iş təcrübəsi;Konteynerləşdirmə texnologiyaları (Docker) və CI/CD alətləri haqqında məlumatlılıq;Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis dili – yüksək (texniki dokumentasiya oxumaq və vendor support ilə ünsiyyət səviyyəsində).Səriştələr və Yumşaq Bacarıqlar:Kritik infrastruktur mühitində stresə davamlılıq və problem həll etmə (troubleshooting) bacarığı;Komandada effektiv işləmək və proqram təminatı mühəndisləri ilə koordinasiya qurmaq bacarığı;Məsuliyyətlilik, operativlik və nəticəyə yönümlülük.İş şəraiti:Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.Minimum 1-2 il iş təcrübəsi;Hərbi mükəlləfiyyətli (Yaşı 29-dan çox olmayan);Müraciət etmək istəyən namizədlər öz CV-lərini mövzu hissəsində "Sistem və Şəbəkə Administratoru" qeyd edərək [xalilmemmedovhr@yahoo.com] ünvanına və ya "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
