Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Şəbəkə Administratoru

BakıMənbə: Work.az

Vakansiya haqqında

TəsvirŞəbəkə Təhlükəsizliyi və İnfrastrukturunun inkişaf etmiş səviyyədə idarə olunması sahəsində dərin bilik və təcrübə;VLAN-lar vasitəsilə şəbəkə seqmentasiyası, VLAN-lararası yönləndirmə və port səviyyəsində təhlükəsizlik tətbiqləri (802.1X port autentifikasiyası və MAC-ünvan əsaslı giriş nəzarəti) üzrə peşəkar bacarıqlar;İkinci və üçüncü səviyyə şəbəkə texnologiyalarında yüksək səriştə: VLAN-lar, trunking, STP (RSTP/MSTP), EtherChannel texnologiyaları;Yüksək mövcudluq (High Availability) və ehtiyatlılıq təminatı üçün link və qurğu ehtiyat mexanizmlərinin (HA klasterləşməsi, stacking) qurulması, ehtiyat marşrutlaşdırma (failover routing), ikili WAN arxitekturaları və trafik balanslaşdırma strategiyalarının tətbiqi;Yüksək əlçatanlıq və nasazlığa davamlılıq prinsiplərinə əsaslanan kritik informasiya sistemlərinin dizaynı, informasiya təhlükəsizliyi standartları və siyasətlərinin dərin mənimsənilməsi;Dayanıqlı və kəsintisiz fəaliyyət göstərən şəbəkə topologiyalarının qurulması və tətbiqi;İnkişaf etmiş VPN həllərinin (IPSec, SSL) konfiqurasiyası və inteqrasiyası;Genişləndirilmiş ACL-lərin, firewall qaydalarının və siyasət əsaslı təhlükəsizlik tətbiqlərinin hazırlanması və tətbiqi;Dinamik və statik marşrutlaşdırma protokolları (OSPF, BGP, EIGRP) ilə peşəkar səviyyədə işləmə bacarığı;Marşrutlaşdırıcılar, kommutatorlar, simsiz nəzarətçilər və firewall sistemlərinin həm CLI (əmr sətri interfeysi), həm də GUI (vizual interfeys) üzərindən idarə olunması, firmware yeniləmələrinin həyata keçirilməsi və konfiqurasiya ehtiyat nüsxələrinin idarəolunması;Mərkəzləşdirilmiş nəzarət və ya bulud əsaslı idarəetmə platformaları üzərindən müəssisə səviyyəli simsiz şəbəkələrin dizayn və konfiqurasiyası;TCP/IP protokol dəsti, IPv4/IPv6 ünvanlaşdırma, subnetting, DNS, DHCP, NTP, Syslog, SNMP və NetFlow texnologiyalarının dərin texniki anlaşılması və tətbiqi;Məlumat jurnallarının mərkəzləşdirilmiş şəkildə toplanması və təhlili (məsələn, FortiAnalyzer və oxşar sistemlər);Şəbəkə monitorinqi və idarəedilməsi üçün qabaqcıl platformaların istifadəsi (PRTG, Zabbix və s.);Bütünləşdirilmiş Təhlükəsizlik Qurğularının (UTM) funksionallığı – veb-filtrasiya, müdaxilələrin aşkarlanması və qarşısının alınması sistemləri (IPS/IDS), antivirus sistemləri və trafik prioritetləşdirmə üzrə geniş təcrübə;Fərqli istehsalçılara məxsus şəbəkə avadanlıqları ilə işləmə və kompleks heterogen şəbəkələrin idarəolunması bacarığı;VoIP arxitekturası və SIP protokolu üzrə texniki dərinlik, eləcə də Cisco CUCM, 3CX və digər VoIP platformaları ilə təcrübə;IP telefon və softphone həllərinin yerləşdirilməsi, konfiqurasiyası və istismarı.TələblərAli texniki təhsil;Müvafiq sahədə minumum 2 il iş təcrübəsi;CCNP sertifikatı olanlara üstünlük veriləcək;Azərbaycan və Ingilis dili mütləqdir;Komandada işləmək bacarığı və məsuliyyətlilik;Texniki prosesləri sənədləşdirmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.