Vakansiya haqqında
🌍 SDG Youth Forum III — Könüllü Ol!Bu il SDG Youth Forum III “Gənclər və Dayanıqlı Şəhərlər: Urban İnkişafın Sosial-Ekoloji Ölçüləri” mövzusuna həsr olunacaq. Forum çərçivəsində dayanıqlı şəhərsalma, yaşıl infrastruktur, ekoloji balans, ictimai məkanların inkişafı və urbanizasiyanın sosial təsirləri əsas müzakirə mövzuları olacaq.📌 Könüllülər bu forum çərçivəsində:✅ Tədbirin təşkilati işlərində bilavasitə iştirak edəcək;✅ Komanda işi, liderlik və kommunikasiya bacarıqlarını inkişaf etdirəcək;✅ Dayanıqlı şəhər inkişafı və urban ekoloji yanaşmalar sahəsində praktiki təcrübə qazanacaq;✅ Ekspertlər, dövlət qurumları, şəhərsalma və ekoloji sahədə fəaliyyət göstərən tərəfdaşlarla şəbəkələşəcək;🔎 Könüllü olaraq kimlər iştirak edə bilər?🔹 Komandada işləməyi sevən və təşəbbüskar gənclər🔹 Təşkilatçılıq və sosial aktivlik sahəsində bacarıqlarını artırmaq istəyənlər🔹 Dayanıqlı şəhərlər, ekologiya və urban inkişaf mövzularına maraq göstərən şəxslər📅 Son tarix: 31 May 2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
