Vakansiya haqqında
Təsvir"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansı missiya gözləyir? Cəmiyyət tərəfindən təqdim olunan xidmətlərin və məhsulların satışını həyata keçirməkMüştərilərlə mütəmadi olaraq görüşlər keçirmək (səyyar satış),Mövcud və potensial müştərilərə şirkətin məhsul, xidmətlərini təqdim etmək və xidməti ərazilərdə birbaşa satışını icra etmək;Xidmətlərin mövcud olduğu ərazilərdə reklam materialları təqdim etməklə və qapıdan-qapıya ünsiyyət vasitəsi ilə məhsul və xidmətlərin satışını aparmaq;Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq;Səyyar satış və alternativ satış kanalları icra etmək;Korporativ xidmətlərin satışlarını təmin etmək;Aylıq plana uyğun olaraq təyin edilən satış hədəfləri üzrə tələb olunan nəticəyə nail olmaqCavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq;Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək. TələblərSəndə bunlar varsa, müraciət etməyə dəyər: Orta və ya ali təhsilli olmalıdır;Satış sahəsində təcrübəyə malik olmalıdır (ən azı 1il);Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dili arzuolunandır;Ünsiyyət bacarığı yüksək olmalıdır;Stressə davamlı olmalıdır;Müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır;Yüksək templi mühitlərdə çalışmağı bacarmalıdır;Marketinq və Satışın əsasları ilə tanış olmalıdır;Satışa aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;Kompüter bilikləri üzrə: MS Office (xüsusi ilə Excel) programlarını bilməlidir; Biz nə təklif edirik? Peşəkar inkişaf və karyera yüksəlişi imkanıTəlimlər və mentor dəstəyiRahat və dinamik iş mühiti
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
