Vakansiya haqqında
TəsvirSatış planı və aylıq hədəfləri yerinə yetirmək, etik satış prinsiplərinə riayət etmək;Valideynlərlə kommunikasiya, təqdimat və şagird qəbulunun artırılmasına fokuslanmaq;Şagird qəbulu üçün zənglər etmək, imtahan qeydiyyatını və prosesini təşkil etmək;Sosial media və digər kanallardan gələn müraciətlərə cavab verərək valideynləri LANDAU School, qəbul şərtləri və proqramlar barədə məlumatlandırmaq;Valideynlərlə telefon, WhatsApp və görüşlər vasitəsilə qəbul prosesini idarə etmək;ERP-də məlumatları yoxlamaq, müqavilələri hazırlamaq və imzalanmasını təmin etmək;İmtahan nəticələrinə əsasən şagirdlərin qəbulunu təmin etmək.TələblərAli təhsil;Korporativ satış üzrə ən azı 1 il iş təcrübəsi mütləqdir (bank, sığorta sahələri üzrə arzu olunandır);Satış, inandırma və effektiv ünsiyyət bacarıqları;Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi arzu olunandır;Peşəkar nitq mədəniyyətinə riayət;Tez adaptasiya və çevik işləmə bacarığı;Stressə davamlılıq və aktiv iş mühitinə uyğunlaşma;Telefon və yazılı ünsiyyətdə peşəkar davranış. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;İş qrafiki: həftədə 5 iş günü 10:00 – 19:00/09:00 – 18:00;Həyat yığım sığortası;Tibbi sığorta;Övladların təhsili üçün endirimlər;Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;Təlim və inkişaf proqramları;Peşəkar inkişaf və karyera artımı imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
