Vakansiya haqqında
Vəzifə öhdəlikləri:Şirkətin ümumi satış strategiyasının hazırlanması və tətbiq edilməsi;Satış strategiyasına uyğun olaraq satış planlarının hazırlanması və icrası;Aylıq plana uyğun olaraq təyin edilən satış hədəfləri üzrə tələb olunan nəticəyə nail oluması;Bazarda dəyişikliklərə əsasən müvafiq tədbirlərin həyata keçirilməsi;Satış məlumatlarının yığılması və analitik hesabatların hazırlanması;Problemlərin müəyyən edilməsi və həll yollarının təklif edilməsi;Şirkət tərəfindən təqdim olunan xidmət və məhsulların satışının həyata keçirilməsi təşkil edərək gəlirlərin artırılması; Bazarın araşdırılması yolu ilə yeni ərazilərin və müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyən edilməsi;Satış sahələrinə aid müştəri seqmentinin təyin edilməsi, rəqib və bazar tendensiyalarının qiymətləndirilməsi, düzgün və vaxtında proqnozlaşdırılması;Gündəlik satışın müşahidə edilməsi və mütəmadi olaraq satış işçiləri ilə toplantıların təşkil edilməsi, işçilərin maarifləndirilməsi və inkişaf etdirilməsi;Tabeliyində olan işçilər tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlərin görülməsi;Aylıq plana uyğun olaraq təyin edilən satış hədəfləri üzrə tələb olunan nəticəyə nail olunması;Tabeliyində olan işçilərə rəhbərlik etmək, onların arasında iş yükünü səmərəli bölüşdürülməsi;Namizədə olan tələblər:Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili, Satış və Marketinq sahəsində)Satış sahəsində ümumi 5 illik təcrübə, 3 il rəhbərlik təcrübəsi;Azərbaycan dilində sərbəst, rus dilini yaxşı səviyyədə bilməli;Kompüter bilikləri sahəsində MS Office proqramlarını bilməli;Müxtəlif növ hesabatları hazırlamaq və təqdim etmək bacarığı;Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;Təşəbbüskar və yeniliklərə açıq fikirli olmalı;Komanda idarəetmə təcrübəsi;Liderlik, təşkilatçılıq və təqdimat bacarıqları;İş şəraiti: İş qrafiki: I-VI günlər;Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq; (+Performansa əsaslanan bonus sistemi)Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir;Servis xidməti: Şirkət tərəfindən təmin edilir;Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış müdiri” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
