Vakansiya haqqında
📍Jetrun Global Trading MMC JETRUN GLOBAL TRADING MMC olaraq Babək prospektində yerləşən yeni avtosalonumuz üçün motivasiyalı, müştəriyönümlü və satış bacarıqlarına malik avtomobil satış məsləhətçiləri axtarırıq. Bu vəzifədə sizin əsas məqsədiniz müştərilərə yüksək səviyyədə xidmət göstərmək və onların avtomobil seçimi prosesində peşəkar dəstək olmaqdır.Əsas vəzifələrSərgi salonuna gələn və ya onlayn müraciət edən müştəriləri qarşılamaq və onlara xidmət göstərməkMüştərinin ehtiyaclarını müəyyən edərək uyğun avtomobil modellərini təklif etməkAvtomobillərin xüsusiyyətləri, texniki göstəriciləri, qiymətləri və maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat verməkQiymət və satış şərtlərini razılaşdırmaqKredit, və digər sənədləşmə proseslərində müştərilərə dəstək göstərməkAvtomobillərin vaxtında təhvil verilməsini və yüksək müştəri məmnuniyyətini təmin etməkMüştəri bazasını idarə etmək və əlaqələri uzunmüddətli əməkdaşlığa çevirməkAylıq və rüblük satış planlarını yerinə yetirmək və ya aşmaqTələblərAvtomobil satışı və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandırYüksək ünsiyyət və təqdimat bacarığı Avtomobil texnologiyası və maliyyələşdirmə imkanları haqqında məlumatlı olmaqSatış hədəflərinə fokuslanan və özünü motivasiya edə bilənPeşəkar görünüş və pozitiv yanaşmaTəklif etdiyimizRəqabətli əsas əmək haqqı (1000-2500 azn)%Davamlı təlim və karyera inkişafıDəstəkləyici komanda mühitiİrəliləmək üçün imkanlarVakansiya həm xanımlar, həm də bəylər üçün açıqdır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
