Vakansiya haqqında
PashaPay gənclərə satış və müştəri xidməti sahəsində ilk real iş təcrübəsini qazanmaq imkanı yaradır!Bu təcrübə proqramı aktiv, ünsiyyətcil və öyrənməyə açıq tələbələr üçün nəzərdə tutulub.Vəzifə ofis daxilində deyil – sən birbaşa müştərilərlə ünsiyyətdə olacaq, onlara PashaPay məhsulları haqqında məlumat verəcək və satış prosesinə dəstək olacaqsan.Vəzifə öhdəlikləri:Müştərilərlə ünsiyyət qurmaq və PashaPay məhsulları haqqında məlumat vermək;Müştərilərin suallarını cavablandırmaq və onları düzgün yönləndirmək;Satış prosesinə kömək etmək və komanda ilə birlikdə işləmək;Gündəlik fəaliyyətlər barədə hesabat vermək;Müsbət və peşəkar davranış nümayiş etdirmək.Tələblər:Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;Yalnız I növbədə (səhər dərslərində) təhsil alan tələbələr üçün;Azərbaycan dilində səlis danışıq, ingilis və rus dili bilikləri – üstünlükdür;Komandada işləmə və müştərilərlə münasibət qurma bacarığı;Satış və ünsiyyət bacarıqlarını inkişaf etdirmək motivasiyası.Təklif edirik:Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;Sabit aylıq əməkhaqqı və satış nəticələrinə əsaslanan motivasiyaedici bonus sistemi;Hər gün 5 saat olmaqla, 6 günlük iş qrafiki (iş saatları günün ikinci yarısında);Peşəkar və gənc komanda ilə dinamik mühitdə təcrübə qazanmaq imkanı;Satış və müştəri xidmətləri sahəsində bacarıqlarını inkişaf etdirmək fürsəti.Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
