Vakansiya haqqında
Şirkət: Kaspiyan Təhlükəsizlik Baltaları MMCTəklif olunur:Ödənişli təcrübə proqramı və bitdikdən sonra işlə təmin olunma imkanı.İş barədəÜnvan: Babək plazaİş qrafiki: 5 günİş saatı: 10:00 – 16:00Əmək haqqı: 400 AZNMüddət: 3 ayGözləntilərRus və ya ingilis dili bilikləri (ikisindən biri) minimum B2/C1 səviyyəsindəAli təhsil: İqtisadiyyat, Menecment və s. sahələr üzrə ali təhsilSatınalma ilə bağlı ilkin biliklərİlkin Incoterms biliklərinin olmasıGüclü analitika və ünsiyyət bacarıqlarıPrezentasiya bacarıqlarıVəzifə təlimatıSatınalma sifarişlərinin (PO) hazırlanması, göndərilməsi, izlənməsi və bağlanmasıLogistika prosesləri və əsas logistika terminləri (Incoterms) barədə biliklərə sahib olmaqBüdcə uyğunluğunun izlənməsi və kənarlaşmaların qeydiyyatıYeni satıcıların müəyyən edilməsi, ön uyğunluq yoxlaması (due diligence) və münasibət qurulmasıBazarı araşdırmaq, potensial satıcıları müəyyən etmək, satıcı qeydiyyat anketlərini toplamaqQiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri, texniki dəstək, ekoloji uyğunluq və iş davamlılığı meyarları üzrə qiymətləndirmə matrisləri hazırlamaq, qiymətləndirmə nəticələrini rəhbərliyə dəqiq və şəffaf şəkildə təqdim etməkMüqavilə hazırlanmasında iştirak, danışıqlara dəstək və kommersiya şərtlərinin işlənməsiElektron məlumat bazaları ilə işləməkGörüşlərdə iştirak etmək və qeydlər aparmaqŞirkətin istifadə etdiyi proqram və sistemləri öyrənməkRəhbər tərəfindən verilən digər əlaqəli tapşırıqları icra etməkİş proseslərində müəyyən edilmiş prosedurlara əməl etməkMüraciət qaydasıUyğun namizədlər hr@ktib.ae ünvanına “Satınalma üzrə təcrübəçi” başlığı ilə CV-lərini göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
