Vakansiya haqqında
Təsvirİdarəetmə qurulması:Şirkətin ehtiyaclarına uyğun olaraq satınalma siyasət və prosedurlarının hazırlanması, qeyri-kommersiya satınalma istiqamətində proseslərin və təsdiq addımlarının dizayn edilməsi.Biznes, əməliyyatlar, hüquq, maliyyə, risk və digər əsas maraqlı tərəflərlə aktiv işləyərək səmərəli, nəzarətli və şəffaf satınalma proseslərinin qurulması, həmçinin bu proseslərin biznesin böyüməsinə uyğunlaşdırılması.Umico Market-in özünün satıcı olduğu hallarda ticarət yönümlü satınalmalar üzərində ümumi nəzarət çərçivəsinin hazırlanması.Satınalma təcrübələrinin PASHA Holding-in standartlarına və sahəyə uyğun tələblərə uyğun olmasını təmin etmək.Satınalma əməliyyatlarının idarə edilməsi:İllik planlaşdırma, sorğuların idarə olunması (PR/PO), təchizat, tender prosesi, müqavilələrin bağlanması, fakturaların işlənməsi, təchizatçıların idarə edilməsi və hesabatlılıq da daxil olmaqla geniş spektrdə əməliyyatların icrası.Şirkətin illik satınalma planının hazırlanması və büdcə prosesinə inteqrasiyasının təşkili.Təchizatçıların əvvəlcədən seçim mərhələsinə cəlb olunması imkanlarının dəyərləndirilməsi.Maya dəyərinin azaldılması, keyfiyyətin yüksəldilməsi və təchizatçıların şaxələndirilməsi məqsədilə strategiyaların hazırlanması.Müqavilə pozuntuları, təchizat zəncirində kəsintilər, qiymət dəyişiklikləri və digər təchizatçı risklərinin proaktiv idarə olunması.Hesabatlılıq və performansın idarə edilməsi:Satınalma effektivliyini ölçmək üçün göstəricilərin tətbiqi (xərclərə qənaət, təchizat müddəti, təchizatçı performansı, sinerji imkanlarının istifadəsi və s.).Şəffaflığın təmin edilməsi və satınalma fəaliyyətləri üzrə düzgün hesabat mexanizmlərinin qurulması, təkmilləşmə imkanlarının müəyyənləşdirilməsi.Tələb olunan kompetensiyalar:Təşkilati bacarıqlar: Aydın satınalma vizyonunun qurulması, komandanın motivasiyası və məqsədlərə yönəldilməsi.Dəyişikliklərin idarə olunması: Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması sahəsində təcrübə.Güclü təchizat və danışıqlar bacarıqları: Təchizatçılarla münasibətlərin qurulması və sərfəli şərtlərlə razılaşmaların əldə olunması.Maraqlı tərəflərlə əlaqə: Rəhbərlik və digər struktur nümayəndələri ilə effektiv ünsiyyət və fikir paylaşımı bacarığı.Etik və hüquqi uyğunluq: Yüksək etik dəyərlər və peşəkar davranış prinsipləri. TələblərSahə üzrə təcrübə: Minimum 5 il satınalma və ya təchizat zənciri üzrə ümumi təcrübə (azı 3 il rəhbər vəzifədə), ayrıca vahid daxilində idarəetmə və uyğunluq üzrə təcrübə.Satınalma sahəsində ixtisaslaşma: Xüsusilə qeyri-kommersiya satınalma funksiyasının qurulması və ya transformasiyası üzrə dərin praktik təcrübə. Kommersiya yönümlü satınalma təcrübəsi üstünlükdür.Təchizatçıların idarə edilməsi: Sifariş, tender, müqavilələşmə daxil olmaqla bütün satınalma proseslərinə dair geniş bilik və bacarıqlar.Risk və uyğunluq: Satınalma ilə bağlı risklərin və tənzimləyici tələblərin idarə edilməsi.Maliyyə bilikləri: Satınalma büdcələrinin hazırlanması, xərclərə nəzarət və ümumi biznes təfəkkürü.Texniki biliklər: SAP, Oracle, 1C və digər proqramlar ilə işləmək bacarığı.Təhsil: Biznesin idarə olunması, təchizat zənciri və ya əlaqəli sahələr üzrə ali təhsil. Müvafiq beynəlxalq sertifikatlar (CIPS, CPSM və s.) üstünlükdür.Dil bilikləri: İngilis dili mütləqdir, rus dili üstünlükdür.İmtiyazlarDəyərlisən” PASHA loyality proqramına üzvlükTibbi Sığorta (işçini əhatə edən)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
