Vakansiya haqqında
📍Stark Technology MMC Vəzifə öhdəlikləri:Şirkətin satınalma tələblərinin toplanması, təhlili və icra olunması;Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;Xüsusilə Çin və digər beynəlxalq bazarlardakı təchizatçılarla qiymət, keyfiyyət və satınalma şərtləri üzrə danışıqların aparılması;Kommersiya təkliflərinin toplanması, müqayisəli təhlili və qiymətləndirilməsi;Satınalma sifarişlərinin hazırlanması və prosesin izlənilməsi;Çatdırılma, logistika və təchizat zənciri proseslərinin koordinasiyası;Müqavilələrin hazırlanması, hüquqi ekspertizası (aidiyyəti şöbə ilə) və idarə olunmasına dəstək göstərilməsi;Daimi bazar araşdırmalarının aparılması və alternativ təchizatçı bazasının formalaşdırılması;Satınalma fəaliyyəti üzrə dövri hesabatların hazırlanması.İş şəraiti: İş yeri: Bakı şəhəri;5 günlük iş həftəsi;Əmək haqqı 1800-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).Namizədə dair tələblər:Satınalma (xüsusilə xarici satınalma və Çin bazarı ilə iş) sahəsində ən azı 2-3 il iş təcrübəsi;Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və ya Logistika sahəsində olması arzuolunandır);Azərbaycan dili səlis, xarici tərəfdaşlarla birbaşa danışıqlar və yazışmalar apara biləcək dərəcədə ingilis dili biliyi tələb olunur;1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;Güclü danışıqlar aparma və analitik düşünmə qabiliyyəti;Komandada işləmək bacarığı;İşində məsuliyyətli, operativ və dəqiq olmaq. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Satınalma üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
