Vakansiya haqqında
📍Vəliev MMCVəzifələr:Satınalma proseduruna uyğun olaraq tədarükçülərin araşdırılması və alış prosesi üçün uyğun rəylərin verilməsi;Malların sifarişinin (xarici və yerli istehsal) hazırlanması və tədarükçülərlə danışıqların aparılması;Daxili və xarici satınalma fəaliyyətinin həyata keçirilməsi;Tədarükçülərlə mal-material qiymətləri barədə danışıqlar aparılması və qiymətlərin analizi;Daşınmalarda nəqliyyatın təşkili üçün əlaqəli şöbə ilə kordinasiya qurulması; Daxili satınalma sifarişlərinin toplanması və sənədləşdirilməsinin həyata keçirilməsi;Malların müəssisəyə daxil olması zamanı anbara boşaldılması prosesində iştirak edilməsi və mədaxil əməliyyatlarının aparılması;Gündəlik, aylıq və rüblük olaraq satınalma hesabatlarının struktur bölmə rəhbərinə təqdim edilməsi;Tələb edilən mal-materialların yerli və xarici bazardan araşdırılması, təkliflərin hazırlanması və alınmış malların anbara daxil olana qədər olan dövrünün əlaqəli şöbələrlə birlikdə izlənilməsi. Namizəd üçün tələblər:Ali təhsil (uyğun sahə üzrə);Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı;Azərbaycan dili və Rus dili bilikləri əla səviyyədə (İngilis dili biliyi üstünlükdür) ;Komanda ilə işləmə bacarığı;Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı;Nizam-intizamlı, məsuliyyətli olmalı;Analitik düşüncə və problem həll etmə bacarığı.İş şərtləri:Əmək haqqı: razılaşma yolu iləİş yeri: Sumqayıt şəhəriİş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)Namizədlərdən CV-lərini mövzu yerində "Satınalma üzrə mütəxəssis" yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
