Vakansiya haqqında
📍AzRose MMC Təsvir Satınalma sorğularının qəbul edilməsi və ilkin araşdırılmasında iştirak etmək;Təchizatçılar üzrə məlumatların toplanması və təkliflərin əldə edilməsinə dəstək olmaq;Təchizatçılardan kommersiya təkliflərinin alınması, müqayisəsi və sistemləşdirilməsində iştirak etmək;Satınalma sifarişlərinin hazırlanması və müvafiq sistemə daxil edilməsinə dəstək olmaq;Təchizatçılarla gündəlik yazışmaların və əlaqələrin həyata keçirilməsində iştirak etmək;Sifarişlərin icra vəziyyətinin izlənilməsi və gecikmələr barədə aidiyyəti şəxslərin məlumatlandırılmasına dəstək olmaq;Satınalma sənədlərinin düzgün şəkildə rəsmiləşdirilməsi və arxivləşdirilməsində iştirak etmək;Təchizatçı məlumat bazasının və satınalma məlumatlarının yenilənməsini həyata keçirmək;Şirkətin satınalma prosedurlarına uyğun olaraq verilən digər tapşırıqları yerinə yetirmək. TələblərAli təhsil (İqtisadiyyat, menecment və ya əlaqəli sahələr üstünlükdür);Satınalma sahəsində minimum 1 il iş təcrübəsi;Kompüter bilikləri: MS Office, 1C;Analitik düşüncə, məsuliyyətlilik və operativlik;Komanda ilə işləmək bacarığı;Yaşayış yeri Qəbələ rayonu və ona yaxın ərazilərdə olan şəxslərin namizədliyi nəzərdən keçiriləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
