Vakansiya haqqında
Təsvir· Süd məhsulları kateqoriyası üzrə bazar araşdırmaları aparmaq, rəqib və tendensiyaları izləmək, nəticələri hesabat formasında təqdim etmək;· Firmalarla ticari şərtləri, vitrin və məhsul faizlərini müəyyənləşdirmək, müqavilə şərtlərinin hazırlanmasını təmin etmək;· Qiymət dəyişikliklərinə nəzarət etmək, süni qiymət artımı və ya satış məqsədli endirimlərin qarşısını almaq;· Gəlirlilik, qiymət indeksləri, alış-satış, stok səviyyələri və dövriyyə üzrə analitik təhlilləri həyata keçirmək (ABC, Top 10, imha və s.);· Kampaniya və insert məhsullarını seçmək, kampaniya sonrası satış və marja nəticələrini təhlil etmək;· Yeni və dəyişmiş məhsul/qiymət təkliflərini təhlil edərək uyğunluğunu qiymətləndirmək və sistemə daxil edilməsini təmin etmək;· Yeni mağazaların məhsul seçimi, sifarişi, vitrin planlaması və açılış kampaniyalarını təşkil etmək;· Rəf düzülüşünə, məhsul keyfiyyətinə nəzarət etmək və lazım gəldikdə kor testlər həyata keçirmək;· Faktura və ödənişlərlə bağlı yaranmış problemlərin həllini əlaqədar şöbələrlə koordinasiya edərək təmin etmək;· Həftəlik, aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; İş qrafiki:
İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günləri.Tələblər· Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahələr üzrə);· Təcrübə: Müvafiq sahə üzrə (FMCG və ya pərakəndə satış sahəsində, xüsusilə süd məhsulları kateqoriyası) minimum 3 illik təcrübə;· Satınalma prosesləri, məhsul portfelinin idarə olunması və tədarükçülərlə ticari danışıqlar üzrə praktiki bilik;· Qiymət formalaşdırılması, marja hesablamaları, stok və satış analizləri üzrə təcrübə;· MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə;· Rus və ingilis dilləri texniki səviyyədə bilik (üstünlükdür);·Analitik düşüncə, nəticəyönümlü və sistemli yanaşma;· Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;· Komandada işləmək və koordinasiya qabiliyyəti;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
