Vakansiya haqqında
📍Adore Vəzifə öhdəlikləri:Müştərilərə brendlər və məhsul çeşidi haqqında məsləhət vermək, seçim zamanı alıcılara kömək etmək;Müştərinin ehtiyaclarına, üstünlüklərinə və büdcəsinə uyğun məhsulların tövsiyə edilməsi, həmçinin onların təsirinin izah edilməsi;Reklam aksiyalarında və promo-tədbirlərdə iştirak;Müştəri bazasının genişləndirilməsi üzrə fəal iş;Malların rəflərdə mövcudluğuna nəzarət, məhsulların müəyyən edilmiş tələblərə uyğun yerləşdirilməsi.Tələblər:Pərakəndə satış sahəsində ən azı 1-2 illik iş təcrübəsi, ətriyyat və kosmetika sahəsində təcrübə üstünlük təşkil edir;Azərbaycan və rus dillərini əla səviyyədə bilmək, ingilis dilini orta səviyyədə bilmək;Məhsulları öyrənmək, şirkətdə inkişaf etmək və böyümək istəyi;Ünsiyyətcillik, yaxşı analitik bacarıqlar və komandada işləmək bacarığı.İş şərtləri:Növbəli iş qrafiki (6/1): 10:00–19:00 və 13:00–22:00;Əmək haqqı: 850 Azn fix + satışdan faiz;Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.Biz təklif edirik:Gözəllik sənayesi bazarında dinamik şəkildə inkişaf edən bir şirkətdə çalışmaq imkanı;Yüksək nəticələr əldə etməyə yönəlmiş şən və mehriban kollektiv;Peşəkar və karyera yüksəlişi imkanı;Təlim və inkişaf: satış, məhsul və xidmət üzrə treninqlər;Şirkət əməkdaşları üçün məhsullara endirimlər.İstəyənlər öz CV-lərini məktubun mövzusunda Satıcı-ekspert qeydi ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
