Vakansiya haqqında
📍Müəssisə: AL MARKET MMC“Azersun Holding” haqqındaAzersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.Əsas vəzifə öhdəlikləri: SAP S/4HANA (xüsusilə SAP Retail modulu) üzrə sistem analizinin aparılması və biznes proseslərin sistem üzərində konfiqurasiyasıBiznes tələblərinin toplanması, analiz edilməsi və texniki tapşırığa çevrilməsiMövcud proseslərin optimallaşdırılması və sistem təkmilləşdirmə təkliflərinin verilməsiTexniki sənədləşdirmənin hazırlanmasıİstifadəçilərə dəstək göstərilməsi və təlimlərin keçirilməsi Namizədə tələblər:Kompüter mühəndisliyi, Proqram təminatı mühəndisliyi, Sənaye mühəndisliyi və ya digər müvafiq mühəndislik ixtisasları üzrə ali təhsilİngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət bacarığı)Yüksək analitik düşünmə və mürəkkəb problemlərin həlli bacarığıGüclü ünsiyyət və təqdimat bacarıqlarıKomandada effektiv işləmək bacarığıTexniki analiz və sənədləşdirmə təcrübəsiERP sistemləri ilə iş təcrübəsiBiz nə təklif edirik:İş yeri: Bakı şəhəri, AL Market / Baş ofisİş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00Nahar: Şirkət tərəfindən təmin olunurServis xidməti: Şirkət tərəfindən təmin olunurƏməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
