Vakansiya haqqında
📍Qafqaz Baku City Hotel & ResidencesVəzifə təlimatı: İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;Santexnika, kanalizasiya və istilik sistemləri üçün hissə və avadanlıqların hazırlanması, quraşdırılması və texniki baxışının aparılması;Hotel otaqları, ümumi sahələr və texniki zonalarda santexniki sistemlərin fasiləsiz işlək vəziyyətdə saxlanılmasını təmin etmək;Sistemlərdə yaranan nasazlıqları operativ şəkildə aşkar etmək, aradan qaldırmaq və zəruri hallarda təcrid etmək;Nasaz və ya sıradan çıxmış komponentləri müvafiq qaydada əvəz etmək;Su sızmaları, təzyiq problemləri və kanalizasiya tutulmaları ilə bağlı müdaxilələri vaxtında həyata keçirmək;Avadanlıqların düzgün istismarı və qorunmasını təmin etmək;TələblərSantexnik və ya oxşar texniki sahə üzrə minimum 1–3 il iş təcrübəsi (hotel və ya xidmət obyektlərində təcrübə üstünlükdür);Santexnika, kanalizasiya və istilik sistemləri üzrə praktiki bilik və bacarıqlar;Texniki avadanlıqlar, ölçü alətləri və əl alətləri ilə işləmə bacarığı;SƏTƏM və iş təhlükəsizliyi qaydaları haqqında biliklərə malik olmaq və onlara əməl etmək;Nasazlıqları operativ aşkar etmək və müstəqil şəkildə aradan qaldırmaq bacarığı;Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;Komanda daxilində və rəhbərliklə effektiv işləmək bacarığı;Zərurət yarandıqda növbəli iş qrafiki ilə işləmək imkanı;Fiziki cəhətdən işin tələblərinə uyğun olmaqTələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Santexnik” qeyd etməyiniz xahiş olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
