Vakansiya haqqında
📍Capital Construction MMC Vəzifə öhdəlikləri:Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarətTikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsiGörülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarətİstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılmasıAşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılmasıTikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınmasıTəmir, bərpa və yenidənqurma işlərinə nəzarətTəslim-təhvil prosesində iştirakLayihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanmasıTikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsiAnbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarətTabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarətNamizədə tələblər:Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;İş şəraiti: İş yeri: Qaradağ r., Nərimanov r., Xətai r. (Namizədin yaşayış yerinə uyğun təyin ediləcək)İş qrafiki: 6 günlük iş həftəsi;Əmək haqqı: 2000-2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
