Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Sahə Klinika Həkimi

BakıMənbə: Work.az

Vakansiya haqqında

AZFEN MMC Bayıl sahəsindəki layihə üçün klinika həkimlərini müsahibəyə dəvət edir. Vəzifə öhdəlikləri: Sahədə çalışan işçilər, podratçılar və ziyarətçiləri dərhal tibbi yardım, qiymətləndirmə, stabilləşdirmə və müalicə ilə təmin etmək.Ürək-Ağciyər Canlandırma (CPR), Tənəffüs Yolu Dəstəyi idarəsi, qanaxmanın dayandırılması və şokun idarə edilməsi daxil olmaqla can qurtaran prosedurları həyata keçirmək.Travma, kardiak, tənəffüs, allergik, istidən yaranan və toksik maddələrə məruz qalma halları üzrə təcili tibbi vəziyyətləri idarə etmək.Hadisələr və ya çoxsaylı xəsarət halları zamanı tibbi triaj aparmaq.Tibbi təxliyə (MEDEVAC) zərurətini müəyyən etmək.Təcili yardım xidmətləri, xəstəxanalar və fövqəladə vəziyyət komandaları ilə əlaqələndirmək.Zərurət olduqda xəstələri təxliyəyə hazırlamaq və müşayiət etmək.İşlə bağlı xəsarət və xəstəlikləri qiymətləndirmək və idarə etmək.İşçilərin işə qayıtma və iş qabiliyyəti ilə bağlı qərarlara dəstək olmaq.Təcili vəziyyət məşqləri və simulyasiyalarda iştirak etmək.Şirkət tərəfindən tələb olunan fərdi tibbi müayinələri və sağlamlıq yoxlamalarını təmin etmək.Müayinələr, ilk yardım və tibbi müalicə ilə bağlı qeydiyyat aparmaq və hesabat prosedurlarına uyğun saxlamaq.Narkotik və spirt testi (“Substance Abuse” proseduru çərçivəsində) həyata keçirmək.İnfeksiya profilaktikası və nəzarətini təmin etmək.Dövlət sağlamlıq qaydalarına və şirkət standartlarına riayət etmək.Tibbi məxfilik və peşə etikası prinsiplərinə əməl etmək.Tibbi lisenziya və sahədə fəaliyyət icazəsi çərçivəsində çalışmaq.Tələblər: Ali tibbi təhsilAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tibbi fəaliyyət göstərmək üçün lisenziyaya malik olmalıdır.Əsas iş yeri Azfen MMC olması nəzərdə tutulur.Peşəkar tələblərə cavab vermək üçün təlim keçmiş və sertifikatlaşdırılmış olmalıdır:Təcili Tibbi Yardım üzrə Həyat Dəstəyi (PHTLS/BLS) və ya Təcili Tibbi Yardımda Travma Həyat Dəstəyi (ITLS) bacarıqları üzrə sertifikatÜrək-Damar Həyat Dəstəyi (ACLS) üzrə sertifikatMaraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Sahə klinika həkimi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.