Vakansiya haqqında
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan RTTTYM-ə Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı vəzifəsi üzrə vakant yer elan edir:İş yeri: Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (Bakı şəhəri, Şirvan və İmişli rayonları üzrə)Əməkhaqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.Tələb olunan bilik, təcrübə və bacarıqlar:Orta ixtisas tibb təhsili;Sahə üzrə 1 il iş təcrübəsi;Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:OperativlikTəmkinlilikMəsuliyyətlilikİntizamlılıqÜnsiyyət bacarığı.İşin təsviri:Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.Əlavə qeydlər: İş qrafiki: növbəliMüraciət etmə qaydaları:Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:CV-lər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməlidir;Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;CV-lər 05.12.2025-ci il tarixinə qədər göndərilməlidir.Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
