Vakansiya haqqında
Fortis Group “Riyaziyyat müəllimi” vakansiyasını elan edir. İşin təsviri“FORTİS GROUP” MMC “FORTİS ACADEMY”ə DİM - abituriyent hazırlığı üçün Riyaziyyat müəllimi vakansiyası elan edir!İş yeri: Xırdalan şəhəri, Z.Tağıyev küç.13Namizədə tələblər:Ali təhsil – Riyaziyyat müəllimliyi ixtisası üzrəÖz sahəsində savadına güvənən;Peşəkar;Dəqiq;9,10 və 11- ci sinif şagirdləri, eləcə də problemli və zəif şagirdlərlə işləməyi bacaran;Etik qaydalara riayət edən;Elektron lövhə işlədə bilən və ya öyrənməyə meyilli;MS Office-də sərbəst işləmə bacarığı;Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;Ünsiyyət qurma və təqdim etmə bacarığı olmalı;Əsas vəzifə öhdəlikləri:Rəhbərlik tərəfindən verilən dərs cədvəli proqramına tabe olmaq;Müəyyən intervalda yoxlama imtahanları həyata keçirmək və nəticələri elan etmək;Jurnalları vaxtı vaxtında, düzgün doldurmaq;Sınaq imtahanlarında müşahidəçilik etmək;Sosial fəaliyyətlərdə rol almaq ;İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;Əmək haqqı: Seçimindən asılı olaraq tam ştat və ya saat hesabı işləmək istəyən müəllimlər üçün nəzərdə tutulan əmək haqqı yüksəkdir. Fərdi keyfiyyətlər xüsusi ilə nəzərə alınır.Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Riyaziyyat müəllimi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
