Vakansiya haqqında
📍Şuşa Hotel TəsvirƏsas öhdəliklər: · İaşə xidmətləri göstərilən sahələr üzrə otelin ümumi missiyası, gələcək məqsədləri, dəyərləri və strategiyası ilə üst-üstə düşən biznes strategiyalarının hazırlanması və tətbiqində iştirak etmək.· Mövcud vəziyyəti müntəzəm olaraq izləmək və lazım gəldikdə strategiyanı dəyişmək. · Menyunun gündəlik tərtibatına nəzarət etmək; biznes əməliyyatlarının həcmi və müvafiq olaraq ehtiyat iş sahələrini qabaqcadan müəyyənləşdirmək. · İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsinə kömək etmək. · İaşə xidmətlərinin menyusunu işləyib hazırlamaq üçün Baş aşpazla birgə işləmək. · Məhsullarının keyfiyyətinin şirkət standartlarına uyğunluğunu təmin etmək. · Ədviyyatlar, porsiya və qida məshulunun görünüşü ilə bağlı yoxlanışlar aparmaqla məhsulun homogenliyini qoruyub saxlamaq. · İsrafçılığı minimum dərəcədə azaltmaq və keyfiyyəti maksimum artırmaq üçün istifadə olunmayan məhsulların düzgün şəkildə saxlanılmasını təmin etmək. · Kulinariya və müştəri xidməti bacarıqları və mətbəxin təhlükəsizliyi üzrə işçilər üçün təlim planı hazırlamaq və həyata keçirmək. · Müvafiq sanitariya qaydalarına əməl olunmasını təmin etmək. · Proqnozlaşdırılan həcmə əsasən kadrların qrafikini hazırlamaq. · İaşə xidmətləri üzrə direktor və banket meneceri ilə hər gün məsləhətləşərək biznes əməliyyatlarının həcmini qabaqcadan müəyyənləşdirmək və xidmətləri koordinasiya etmək. · Təyin olunmuş müəssisə üzrə qida məhsullarının inventarlaşdırılmasını idarə etmək; Baş aşpazı tövsiyə olunan həcmdə məhsul ehtiyatı və satınalma tələbləri ilə təmin etmək. · İaşə xidmətlərinin səmərəliliyi, müştəri məmnuniyyəti və s. üzrə ümumiləşdirilmiş hesabatlar hazırlamaq. Buna uyğun tələblər yazTələblərTələblər • Kulinariya, Qida və İçki Xidmətləri və ya əlaqəli sahə üzrə ali və ya peşə təhsili;• Mətbəx idarəçiliyi və ya oxşar vəzifədə minimum 6-7 il iş təcrübəsi;• Qida təhlükəsizliyi, sanitariya və gigiyena standartları üzrə biliklər;• Menyu planlaşdırılması, məhsul maya dəyərinin hesablanması və inventar idarəçiliyi sahəsində təcrübə;• Qida məhsullarının keyfiyyətinə nəzarət və standartların tətbiqi bacarığı;• Komandanın idarə olunması, motivasiyası və işçilərin inkişafı üzrə güclü liderlik bacarıqları;• İş qrafiklərinin hazırlanması və işçi resurslarının effektiv planlaşdırılması bacarığı;• Büdcə, xərc nəzarəti və israfçılığın minimuma endirilməsi üzrə biliklər;• Yüksək səviyyədə təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarıqları;• Azərbaycan dili biliyi mütləqdir, ingilis və rus dili biliyi üstünlük hesab olunur;• Microsoft Office proqramlarında işləmək bacarığı;• Təzyiq altında işləmək, operativ qərarlar qəbul etmək və çoxşaxəli əməliyyatları idarə etmək bacarığı;• Qonaq məmnuniyyətinə və xidmət keyfiyyətinə yönümlü yanaşma. Təminatlar:· İş yeri: ŞUŞA şəhəri· Həftənin 1-ci və 5-ci günlərində servis avtobusu təşkil olunur.· Gündə 3 dəfə qıdalanma şirkət tərəfindən qarşılanır· Könüllü Tibbi Sığorta· Yaşayış yeri
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
