Vakansiya haqqında
📍 İş yeri: Bakı şəhəri, Mado🕒 İş qrafiki: 6 günlük iş həftəsi💰 Əmək haqqı: 1500 AZN + %📌 Vəzifə öhdəlikləri:* Restoranın fasiləsiz fəaliyyətinin təşkili;* Gündəlik restoranın bütün əməliyyatlarına nəzarət etmək;* Standartların tələblərinə riayət edilməsinə nəzarət;* Müştərilərlə danışıqların aparılması;* Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət;* Restoranda istifadə olunan avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi;* Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək;* Anbar və sayım əməliyyatlarına nəzarəti təmin etmək;* Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, yeniliklər təklif etmək;* İşçi heyəti arasında daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət;* Heyətin iş qrafiki və istirahət günlərinin düzgün təşkilinə nəzarət;* İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak;* Gigiyena və təhlükəsizlik qaydalarının təmin olunmasına nəzarət etmək;* Nağd və nağdsız ödəmə əməliyyatlarının düzgün aparılmasını təmin etmək;* Satış və maliyyə təhlilləri aparmaq və rəhbərliyə hesabat təqdim etmək.📌 Tələblər:* Restoran və ya qonaqpərvərlik sahəsində minimum 3 il idarəetmə təcrübəsi;* Liderlik və komanda idarəetmə bacarıqları;* Minimum 50 nəfərlik heyətin idarə edilməsi təcrübəsi;* MS Office və restoran avtomatlaşdırma sistemlərində işləmə bacarığı;* Azərbaycan dilində sərbəst danışıq, rus və ya ingilis dili biliyi üstünlükdür;* Əmək intizamına riayət etmək və komanda ilə işləmək bacarığı;* Yaş həddi: 35–45;* Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.📌 Təklif edirik:* Karyera inkişafı imkanları;* Nahar və digər korporativ üstünlüklər.📩 Müraciət qaydası:Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Restoran Meneceri” qeyd etməklə hr@mado.az elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
