Vakansiya haqqında
TəsvirAgentliyin rəqəmsal transformasiya siyasətini formalaşdırmaq, inkişaf etdirmək və bu siyasətin icrasına nəzarət etmək;Rəqəmsal layihə və təşəbbüslərin effektiv, dayanıqlı və normativ tələblərə uyğun şəkildə təşkili və idarə olunmasını təmin etmək;Rəqəmsallaşma istiqamətində layihə və proqramlar hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;Rəqəmsal sistem və xidmətlərin istifadəsi, təsiri və nəticələrinin monitorinqi və qiymətləndirilməsini həyata keçirmək, hesabatlar hazırlamaq;Rəqəmsal təşəbbüslərin effektivliyini artırmaq məqsədilə innovativ yanaşmalar və təşviqedici mexanizmlər tətbiq etmək;Rəqəmsal proqramların hədəflərinə çatmaq üçün zəruri resursları təmin etmək və bu resursların səmərəli istifadəsinə nəzarət etmək;Rəqəmsal transformasiya layihələrinin icrası çərçivəsində dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq qurmaq;Yeni rəqəmsal texnologiyalar, alətlər və beynəlxalq təcrübələrin araşdırılması və tətbiq imkanlarının qiymətləndirilməsi;Daxili struktur bölmələr və tərəfdaş qurumlarla koordinasiyanın təmin edilməsi;Rəqəmsal transformasiya ilə bağlı normativ-hüquqi sənədlərin hazırlanması prosesində iştirak etmək;Rəqəmsal xidmətlərin inkişafı və təkmilləşdirilməsi məqsədilə yeni təşəbbüslər və təkliflər irəli sürmək;İcra olunan rəqəmsal layihələr barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.Tələblərİnformasiya texnologiyaları, kompüter elmləri, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.Rəqəmsal transformasiya, layihələrin idarə olunması, IT sistemlərini tətbiqi və təkmilləşdirilməsi sahəsində minimum 5 il iş təcrübəsi.Rəqəmsal platformaların işləmə prinsipləri;Layihə idarəetmə metodologiyaları (Agile, Scrum və s.);Rəqəmsallaşdırma texnologiyaların əsasları;Rəqəmsal xidmətlərin təhlili və istifadəyə verilməsi üzrə biliklər.Güclü analitik və strateji düşünmə bacarığı;Komandada işləmək və müxtəlif tərəfdaşlarla effektiv ünsiyyət qurmaq qabiliyyəti;Problemləri operativ və yaradıcı şəkildə həll etmə bacarığı;Təşəbbüskarlıq və nəticəyönümlülük.Azərbaycan dili (əla), İngilis dili (əla).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
