Vakansiya haqqında
TəsvirTABIA Group brend saytı və TABIA Group MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir;Meta/Google Ads və digər platformalarda onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir;Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir;Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır;Axtarış motorlarında veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir;Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir;· Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək. TələblərTəhsil:Ali təhsil (Marketinq və Kommersiya sahəsində arzu olunandır); İş təcrübəsi:Rəqəmsal Marketinq sahəsində minimum 1 (bir) il; Bilik və Bacarıqlar:SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi;Veb-sayt analitika alətləri haqqında dərin biliklər;Google Ads, Meta Ads və digər platformalarda reklam kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi;MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; Kompüter bilikləri:MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti;Dil bilikləri: Azərbaycan dili – sərbəst;Rus və ya ingilis dili – yaxşı səviyyədə;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
