Vakansiya haqqında
Şirkət: Azerbaijan Fish FarmVəzifə üzrə öhdəliklər:SEO, SEM (Google Ads və digər platformalar), sosial media reklamları, e-poçt kampaniyaları, məzmun (blog, veb kontent, influencer kontent) və digər rəqəmsal kanallar üzrə strategiyaların hazırlanması və icrası;Veb saytın və digər rəqəmsal aktivlərin optimizasiyası: istifadəçi təcrübəsi (UX), mobil uyğunluq, landing səhifələr, bağlantılar (link building), sürət və SEO texniki parametrlərin idarə olunması;Sosial Media üzrə məsul şəxslə əməkdaşlıq edərək orqanik və ödənişli məzmun planlarının hazırlanması, retargeting və influencer kampaniyalarının koordinasiyası;Rəqəmsal kampaniyaların büdcəsinin hazırlanması, xərclərin izlənməsi və performansın ölçülməsi (ROI);Google Analytics, Search Console, reklam platformaları, sosial media analitikası və digər rəqəmsal alətlər vasitəsilə kampaniyaların performansının izlənməsi, analizi və hesabatların hazırlanması;A/B testləri və məzmun performansının təhlili, nəticələrə əsasən düzəliş və optimizasiya tədbirlərinin tətbiqi;Yeni rəqəmsal kanalların və trendlərin izlənməsi və tətbiqi: video kontent, mobil tətbiq reklamları, TikTok/Reels və digər innovativ platformalar;Açar söz (keywords) tədqiqatı, yerli (local) və beynəlxalq SEO tələbləri üzrə məzmunun hazırlanması və redaktəsi;Şirkətin rəqəmsal proqram təminatı layihələrinin (vebsayt, mobil tətbiq, CRM, Traceability və digər) planlaşdırılması və idarə olunması, “Product Owner” rolunda birbaşa iştirak.Namizədə Tələblər:Ali təhsil və ya beynəlxalq sertifikat (Marketinq, Rəqəmsal Marketinq və ya əlaqədar sahə);2-5 il (Rəqəmsal Marketinq üzrə) iş təcrübəsi;“HoReCa”, “FMCG”, “Luxury” Marketinq, ərzaq və qida sənayesində təcrübə üstünlükdür;Mükəmməl şifahi və yazılı kommunikasiya bacarıqları, təşkilati və vaxtın idarə edilməsi bacarıqları, SEO, SEM, sosial media və e-poçt marketinqi üzrə təcrübə, rəqəmsal kampaniyaların planlaşdırılması və optimizasiyası, detallara diqqətli, yaradıcı, proaktiv və komandada işləmək bacarığı;Google Analytics, Search Console və digər rəqəmsal alətlərdən istifadə, sosial media və məzmun idarəsi, veb sayt və SEO texniki optimizasiyası, A/B testləri və kampaniya performansının təhlili, və proqramlaşdırma layihələrin koordinasiya edilməsi;Digital Marketing, SEO/SEM və sosial media sahəsində sertifikatlar üstünlükdür;Azərbaycan, Rus və İngilis dili mükəmməl bilməli.İş şəraiti:Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşməİş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazarİş yeri: Bakı şəhəriƏmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.Vakansiyaya müraciət üçün CV-ləri “Rəqəmsal Marketinq üzrə Menecer” mövzusu ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
