Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Rəqəmsal marketinq şöbəsinin müdiri

BakıMənbə: Work.az

Vakansiya haqqında

TəsvirBrend/kontent, rəqəmsal marketinq, video/ssenari, montaj və kopiraytinq sahələrində çalışan mütəxəssislərdən ibarət geniş rəqəmsal marketinq şöbəsinin fəaliyyətini idarə etmək, tapşırıqları bölüşdürmək və komanda ruhunu qorumaq;Agentliyin və onun tabeliyindəki rəqəmsal məhsulların daxili və xarici bazarda tanıdılması üçün qısa və uzunmüddətli rəqəmsal marketinq, performans və SEO strategiyalarını hazırlamaq;idda.az və mygov kimi böyükmiqyaslı dövlət platformalarının axtarış sistemlərində (SEO) optimallaşdırılması prosesinə nəzarət etmək, rəqəmsal reklam kampaniyalarını idarə etmək və büdcə analizi aparmaq;Sosial media, e-mail bülletenləri və rəqəmsal media kanalları üçün hazırlanan vizual, mətn və video kontentlərin keyfiyyətinə, agentliyin brend tonuna uyğunluğuna nəzarət etmək;Rəqəmsal marketinq kampaniyalarının nəticələrini (KPI, ROI, konversiya dərəcələri) mütəmadi analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək.TələblərMarketinq, Reklam Biznesin idarə edilməsi ya müvafiq sahədə ali təhsil;Rəqəmsal marketinq sahəsində minimum 7 il, komanda və ya şöbə idarəetməsində (Team Lead / Head of) isə minimum 3 il uğurlu iş təcrübəsi (Yaradıcı agentlik və ya böyük rəqəmsal layihələrin idarə edilməsi təcrübəsi üstünlükdür);SEO (Search Engine Optimization), Google Analytics, Google Search Console və digər analitik alətlərlə mükəmməl işləmək bacarığı;Performans marketinqi (Google Ads, Meta Ads və s.) və rəqəmsal media planlaması üzrə dərin biliklər;Rəqəmsal trendlər, süni intellekt (LLM alətləri) və marketinq avtomatlaşdırılması texnologiyalarından xəbərdar olmaq;Yüksək liderlik, komanda motivasiyası və tapşırıqların effektiv nümayəndəliyi (delegation) bacarığı;Çevik (Agile) layihə idarəetmə metodologiyalarına bələdlik;Analitik düşüncə, problem həll etmə və güclü ünsiyyət qabiliyyəti;Uğurla başa çatdırılmış iri miqyaslı rəqəmsal kampaniyaların sübut olunmuş tarixi;Tech, Bank, e-com və ya Telco sektorunda təcrübə — üstünlük;Dil Bilikləri: Azərbaycan və ingilis dillərində mükəmməl yazı və şifahi ünsiyyət bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.