Vakansiya haqqında
AZCON Holding Rəqəmsal körpü” Yay Təcrübə Proqramına qeydiyyata start verir.✅ Proqram İT sahəsində 3-cü və 4-cü kurs (5 illik təhsil proqramlarında isə 4-cü və 5-ci kurs) üzrə bakalavr təhsili alan tələbələrə qazandıqları akademik bilikləri real iş mühitində praktik şəkildə tətbiq etmək imkanı yaradır.✅ 1 iyul – 11 sentyabr 2026-cı il tarixlərini əhatə edən bu proqram çərçivəsində iştirakçılar öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışaraq onların bilik və təcrübəsindən faydalanacaq, eyni zamanda peşəkar iş mühitini yaxından tanımaq fürsəti əldə edəcəklər.✅ Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış təmin olunacaq.➡️ Son müraciət tarixi: 11 may 2026-cı il
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
