Vakansiya haqqında
İş haqqındaGörəcəyiniz işlər:∙ Kart və digər Rəqəmsal kanallar üzrə keçən şübhəli əməliyyatların təhlili;∙ Müştərilər ilə əməliyyatın dəqiqləşdirilməsi;∙ Nəticəyə əsasən tədbir planının görülməsi;∙ Hesabatların hazırlanması və müxtəlif instansiyalara təqdim edilməsi;∙ Dələduzluq əməliyyatları üzrə tendensiyaları müəyyənləşdirmə və çoxhesablı əlaqələr quraraq saxta hesabların aşkarlanmasının həyata keçirilməsi;∙ Elektron ticarət, POS, mPOS və LinkPay məhsulları üzrə riskli xidmətlərə nəzarətin təmin edilməsi;∙ Müştəri olma prosesində müvafiq nəzarət sistemləri üzrə sorğuların idarəedilməsi, kənarlaşma hallarının müəyyən edilərək, aradan qaldırılması istiqamətində işlərin görülməsi;∙ Dələduzluq əməliyyatları ilə bağlı etiraz sorğularının idarəedilməsi;∙ Struktur üzrə təlim-tədris proseslərində, o cümlədən bankdaxili kommunikasiyanın təşkili və idarəedilməsində iştirak etmək;∙ Dələduzluq əməliyyatları üzrə mübahisəli halların araşdırılması, aradan qaldırılması;∙ Beynəlxalq Kart təşkilatlarının tələblərinə uyğun olaraq dələduzluq əməliyyatları üzrə hesabatların təqdim edilməsi və uyğunluğunun yoxlanılması;∙ Beynəlxalq Kart Təşkilatları üzrə EFM, BRAM, ECM, QMAP, VDMP və VFMP proqram sorğularının idarəedilməsi və zamanında cavablandırılmasının təmin edilməsi. Bizim üçün uyğun namizəd:∙ Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Bakalavr və ya Magistr dərəcəsi;∙ Kompüter avadanlığı, əməliyyat sistemi(Microsoft Windows) və ofis proqram təminatı(Microsoft Office(Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri(JIRA, Manage Engine və s.)) ilə işləmə bacarığı;∙ Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer);∙ Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı;∙ Fraud Management, Card Processing, Core Banking, Merchant Screening, Internet Banking, Mobile/Web Banking və s. növ proqram təminatları və modulları ilə yaxşı səviyyədə işləmə bacarığı;∙ Ünsiyyət bacarığı;∙ Analitik düşünmə bacarığı olan şəxsdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
