Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Rəqəmsal Bankçılıq İdarəsinin Rəqəmsal həllər şöbəsinin mütəxəssisi

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvir· Yeni xidmətlərin yaradılmasında proaktiv və təşəbbüskar olmaq;· Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izləmək və bazar araşdırmaları aparmaq;· Rəqəmsal bankçılıq sistemində yeni xidmətlərin reallaşdırılması üçün biznes tələbləri tərtib etmək və aydın şəkildə həmkarlara izah etmək;· İstifadəçi bazasının bankdaxili müştərilər və bazar potensialı hesabına artırılması yollarınının müəyyənləşdirməsi və tətbirlər planını hazırlaması;· Rəqəmsal xidmətlərin ölkə bazarında əlçatanlığını, mövqeləşdirilməsi, təbliğatı, istifadə aktivliyinin artırılması üçün tədbirlər planının hazırlaması;· Biznes-tələblərdən irəli gələn yeni prosedur-qaydaların, sənədlərin, biznes proseslərin, analitik materialların, müştəri səyahəti xəritəsinin (CJM) və təqdimatların hazırlanmasında fəal iştirak etmək;· Verilən statistik məlumatları təhlil etmək, əsasında hesabatlar tərtib etmək , məhsul üzrə istifadə potensialını müəyyələnləşdirmək;· Rəy və təkliflərin toplanılması üçün əsas müştəri kateqoriyasına aid olan istifadəçilərlə kommunikasiyaları genişləndirmək;· Texnoloji partnyorluqların qurulması, Biznes inteqrasiyaları və Açıq bankçılıq həllərinin inkişafı istiqamətində işləri planlaşdırmaq və həyata keçirmək;· Tələblərin yerinə yetirilməsi hüdudlarını müəyyənləşdirmək və istifadəçi qəbulu sınaqlarını (UAT) tərtib etmək;· Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin və prezentasiyaların keçirilməsi.Tələblər· Ali magistr təhsili;· Rəqəmsal maliyyə məhsullarının inkişafı sahəsində ən azı 1 il təcrübə;· Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;· Rəqəmsal maliyyə texnologiyaları barədə bilikli olmaq;· Məhsulların inkişafı xəritəsinin qurulması, işlərin prioritetləşdirilməsi və planların idarəedilməsi qabiliyyəti;· Tələblərin yığılması, dəyərləndirilməsi və “backlog”-un idarəedilməsi qabiliyyəti;· Güclü kommunikasiya, problem həll etmə, müştəri ehtiyaclarını müəyyənləşdirmək qabiliyyəti;· İngilis və rus dillərini bilənlərə üstünlük verilir;· Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.