Vakansiya haqqında
Təsvir· Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və əlaqələndirilməsi;· Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;· Məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsi prosesində birbaşa iştirak;· Mətbuat üçün rəsmi xəbər materiallarının hazırlanması;· Bank haqqında KİV-də yerləşdirilməli olan məlumatların hazırlanması;· KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsi;· Bankın çap-reklam məhsullarının hazırlanması işinin təşkili;· Bankdaxili və çöl reklamlarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;· Reklam vasitələrinin monitorinqi;· Reklam daşıyıcılarının bankın “Brand Book”u ilə uyğunluğuna nəzarət edilməsi;· Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət.Tələblər· İqtisadiyyat, maliyyə, menecment istiqaməti üzrə magistr təhsilin olması;· Analoji sahədə ən azı 3 il iş təcrübəsi;· Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili arzuolunandır);· Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;· Yüksək kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;· Komandada işləmək bacarığı;· İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;· Kreativlik
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
