Vakansiya haqqında
TəsvirŞirkətin ümumi satış strategiyasına uyğun olaraq regionlar üzrə satış planlarını hazırlamaq;Məhsul satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün tədbirlər görmək;Satış göstəricilərini izləmək və nəticələrə uyğun strategiyaları yeniləmək;Regionlarda çalışan satış nümayəndələrinə rəhbərlik və nəzarət etmək;Satış komandalarının peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramları təşkil etmək;İş bölgüsü aparmaq və komandaların iş proseslərinin effektivliyini təmin etmək;Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həll yolları təklif etmək;Yeni potensial müştəriləri müəyyənləşdirmək və müştəri bazasını genişləndirmək;Rəqib məhsullar və bazar tendensiyaları haqqında məlumat toplamaq və təhlil etmək;Məhsulun satış həcmini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirmək;Satış fəaliyyəti ilə bağlı aylıq və rüblük hesabatlar hazırlamaq və satış göstəricilərini təhlil etmək və rəhbərliyə məlumat vermək;Bazar və satış dinamikasını izləyərək nəticələrə əsasən təkliflər vermək;Regionlara mütəmadi ezamiyyətlər edərək satış proseslərinə nəzarət etmək;Müştərilər və satış komandaları ilə üzbəüz görüşlər keçirmək. İş şəraiti: İş yeri: Luxen Plaza;Korporativ nömrə; Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.TələblərBiznesin idarəedilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;Satış və ya idarəetmə sahəsində minimum 3-5 illik təcrübə (regionlarda təcrübə üstünlükdür);Satış strategiyalarının hazırlanması və tətbiqi üzrə təcrübə;MS Office proqramlarında (xüsusilə Excel) yüksək istifadə bacarığı;Liderlik və komanda idarəetmə bacarığı; Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;Problemləri həll etmək və qərar qəbul etmək bacarığı; Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
