Vakansiya haqqında
TəsvirŞirkətin ümumi satış strategiyasına uyğun olaraq regionlar üzrə satış planlarını hazırlamaq;Məhsul satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün tədbirlər görmək;Satış göstəricilərini izləmək və nəticələrə uyğun strategiyaları yeniləmək;Regionlarda çalışan satış nümayəndələrinə rəhbərlik və nəzarət etmək;Satış komandalarının peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramları təşkil etmək;İş bölgüsü aparmaq və komandaların iş proseslərinin effektivliyini təmin etmək;Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həll yolları təklif etmək;Yeni potensial müştəriləri müəyyənləşdirmək və müştəri bazasını genişləndirmək;Rəqib məhsullar və bazar tendensiyaları haqqında məlumat toplamaq və təhlil etmək;Məhsulun satış həcmini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirmək;Satış fəaliyyəti ilə bağlı aylıq və rüblük hesabatlar hazırlamaq və satış göstəricilərini təhlil etmək və rəhbərliyə məlumat vermək;Bazar və satış dinamikasını izləyərək nəticələrə əsasən təkliflər vermək;Regionlara mütəmadi ezamiyyətlər edərək satış proseslərinə nəzarət etmək;Müştərilər və satış komandaları ilə üzbəüz görüşlər keçirmək. Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)Şəhərin mərkəzində ofisBonus sistemiPeşəkar inkişaf üçün təlimlər və seminarlar.Dinamik və gənc komanda ilə iş imkanı. TələblərBiznesin idarəedilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;Satış və ya idarəetmə sahəsində minimum 3-5 illik təcrübə (regionlarda təcrübə üstünlükdür);Satış strategiyalarının hazırlanması və tətbiqi üzrə təcrübə;MS Office proqramlarında (xüsusilə Excel) yüksək istifadə bacarığı;Liderlik və komanda idarəetmə bacarığı;Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;Problemləri həll etmək və qərar qəbul etmək bacarığı; Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
