Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Qrup üzrə SƏTƏM direktoru

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Novex Group İşin təsviri:Qrup daxilində beynəlxalq standartlara uyğun vahid SƏTƏM idarəetmə sistemini qurmaq, sertifikatlaşdırma prosesini idarə etmək və sistemin daim işlək vəziyyətdə qalmasını təmin etmək.Qrup daxilində bütün SƏTƏM jurnallarının, əmrlərin, təlimatların və protokolların qanunvericiliyin tələb etdiyi formatda və düzgün aparılmasına nəzarət mexanizmi qurmaq;İllik daxili audit planını hazırlamaq, audit qruplarını formalaşdırmaq və müəssisələrin standartlara uyğunluğunu yoxlayaraq rəhbərliyə obyektiv hesabat vermək.Hər bir iş prosesi üzrə risklərin qiymətləndirilməsi metodologiyasını qurmaq və "Sıfır Qəza" (Zero Harm) prinsipi üçün qabaqlayıcı nəzarət mexanizmlərini tətbiq etmək.Baş vermiş bütün hadisələri (LTI, Medical Treatment, Near-miss) dərindən araşdırmaq kök səbəbləri tapmaq.Qəza tezliyi və ağırlıq dərəcəsi göstəricilərini təhlil edərək, təkrarlanma riskini minimuma endirmək üçün strategiya hazırlamaq.⁠Qrup üzrə SƏTƏM işçilərinin peşəkarlıq səviyyəsini artırmaq üçün daxili mentorluq və inkişaf proqramı hazırlamaq.Vəzifə və iş risklərinə uyğun olaraq işçilər üçün illik təlim matrisini hazırlamaq və icrasına nəzarət etmək.Tullantıların idarə olunması, emissiyaların azaldılması və resursların (su, enerji) səmərəli istifadəsi üzrə ekoloji proqramlar həyata keçirmək.FHN, Dövlət Əmək Müfəttişliyi və Ekologiya Nazirliyi kimi müvafiq dövlət qurumlarının keçirdiyi planlı və plansız yoxlamalara bütün qrup müəssisələrini hazırlamaq və bu prosesdə şirkəti təmsil etmək;Potensial təhlükəli obyektlərin qeydiyyatı, texniki təhlükəsizlik ekspertizası və ekoloji pasportlaşdırma kimi dövlət tərəfindən tələb olunan sənədləşmə proseslərinə rəhbərlik etmək.Tələblər:Təhsil – Ali;Sahə üzrə rəhbər vəzifədə 5 il iş təcrübəsi;Azərbaycan və ingilis dilini əla bilmək;Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədəMüvafiq beynəlxalq sertifikatlar (NEBOSH International General Certificate, ISO 45001 OHSMS Lead Auditor (IRCA) və ISO 9001 QMS Lead Auditor (IRCA))Ezamiyyələrdə iştirak etmək imkanı;Güclü risk idarəçiliyi, proses quruculuğu və dəyişiklik rəhbərliyi bacarıqları.Böyük istehsalat və ya şirkətlər qrupunda iş təcrübəsiEffektiv liderlik, analitik düşüncə və güclü kommunikasiya bacarıqları.İş şərtləri:İş qrafiki: 5 günlük iş həftəsi;İş saatları: 09:00 – 18:00;Könüllü tibbi sığorta;Təlim və inkişaf imkanları.Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Qrup üzrə SƏTƏM direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.