Vakansiya haqqında
Debet Safety VƏZİFƏ ÖHDƏLİKLƏRİ:- Müştəri tələblərinə uyğun loqotiplər hazırlamaq, mövcud loqotipləri redaktə etmək və vektor formatına çevirmək.- Loqotiplərin işçi geyimləri üzərində yerləşimini, ölçüsünü və rəng uyğunluğunu göstərən vizual nümunələr hazırlamaq, təsdiqlənmiş dizaynları istehsala hazır fayllar şəklində təqdim etmək.- Şirkətin istehsal etdiyi işçi geyimlərinin ümumi görünüşünü və detallarını əks etdirən keyfiyyətli fotoşəkillər çəkmək.- Fotoşəkilləri emal etmək: fonu təmizləmək və ya dəyişmək, işıq və rəng düzəlişləri aparmaq, retuş etmək və şəkilləri tələb olunan ölçü və formatlarda hazırlamaq.- Sosial media paylaşımları və reklam kampaniyaları üçün vizuallar, o cümlədən postlar, reklam bannerləri hazırlamaq, onları şirkətin vizual üslubuna və müvafiq platformaların formatlarına uyğunlaşdırmaq.- Dizayn və fotoşəkillərlə bağlı aidiyyəti əməkdaşlarla koordinasiyalı işləmək və tapşırıqları vaxtında təhvil vermək.NAMİZƏDƏ TƏLƏBLƏR:- Qrafik dizayn sahəsində azı 5 il iş təcrübəsi.- Azərbaycan dilində şifahi və yazılı ünsiyyət bacarığı.- CorelDRAW və ya Adobe Illustrator proqramında sərbəst işləmək, loqotip dizaynı və vektor qrafikası üzrə praktiki bacarıqlar.- Adobe Photoshop proqramında fotoşəkillərin emalı və retuşu üzrə bilik və bacarıqlar.- Məhsul fotoçəkilişi, işıqlandırma, çəkiliş bucağı və kompozisiya seçimi üzrə bacarıqlar.- Sosial media və reklam vizuallarının hazırlanması təcrübəsi, rəng və şriftlərdən düzgün istifadə etmək bacarığı.Yaradıcılıq, detallara diqqət və məsuliyyətlilik vacibdir. Fotoçəkilişlər üzrə təcrübəyə üstünlük hesab olunur.İŞ ŞƏRTLƏRİİş yeri: Debet Safety MMC istehsalat fabrikası (Hökməli yolu) İş günləri: Bazar ertəsi – Cüməİş saatları: 08.00 – 17.00 (nahar fasilədsi 12.00 – 13.00)Servis və nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı: 1200 + MÜRACİƏT QAYDASICV-lərinizi və portfolionuzu hr@debet.az ünvanına göndərin və ya (+994)502866980 nömrəsi ilə əlaqə saxlayın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
