Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Qrafik dizayner

BakıMənbə: Work.az

Vakansiya haqqında

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər:Ali təhsilli olmaq; Müvafiq vəzifədə minimum 2–3 il iş təcrübəsi; Kreativ düşüncə və müasir dizayn tendensiyaları üzrə biliklərə malik olmaq; Brendinq və vizual identik prinsipləri bilmək; Print və digital üçün texniki tələbləri başa düşmək, düzgün export bacarığı və çap texnologiyaları ilə işləmə təcrübəsi; Azərbaycan dili – mükəmməl, ingilis və ya rus dili – arzuolunandır; Komanda ilə effektiv ünsiyyət bacarığı; Məsuliyyətli olmaq, dəqiqlik və detallara diqqət göstərmək bacarığı;Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək; Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign proqramlarında peşəkar səviyyədə işləmə bacarığı; Adobe After Effects və ya digər animasiya proqramlarında işləmə bacarığı; Portfolio təqdim etmək vacibdir; Xasiyyətnamə tələb olunur.Əsas vəzifə öhdəlikləri:Şirkətə aid bütün brendlərin vizual üslubuna uyğun dizayn materiallarının hazırlanması;Restoranlar üçün kampaniya materiallarının hazırlanması (poster, roll-up, masaüstü materiallar, vitrin vizualları, menyu əlavələri və s.); Sosial media üçün statik və animasiyalı postların hazırlanması; Digital ekran və LED panellər üçün adaptasiyaların hazırlanması; Mövcud kampaniyaların müxtəlif ölçü və formatlara uyğunlaşdırılması; Hər brend üzrə qlobal brandbook və guideline-ların tam qorunması; Rəng palitrası, şriftlər, vizual stil və loqo istifadəsinin düzgün tətbiqinə nəzarət; Lokal adaptasiyalarda brend imicinin qorunmasının təmin edilməsi; Qlobal kampaniyaların lokal bazara uyğunlaşdırılması; Qiymət, məhsul tərkibi və hüquqi qeydlərin düzgün yerləşdirilməsi; Marketinq planına uyğun olaraq vizual təqdimatların vaxtında hazırlanması; Çap materiallarının texniki tələblərə uyğun hazırlanması və icrasına, həmçinin keyfiyyət və vaxtında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi; Müştəri cəlbini artıran və satışları dəstəkləyən kreativ vizual həllərin hazırlanması, həmçinin təşəbbüslərin irəli sürülməsi;Mövsümi və taktiki kampaniyalar üçün kreativ konseptlərin təklif edilməsi; Rəqabət mühitinin təhlili, rəqiblərin dizayn yanaşmalarının izlənilməsi və müvafiq təkliflərin hazırlanması; Marketinq komandası ilə sıx əməkdaşlıq; SMM komandası ilə koordinasiya.İş şəraiti:Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;5 günlük iş rejimi;Müasir idarəetmə sistemi və mehriban kollektiv.Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Qrafik dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.