Vakansiya haqqında
📍Rich North MMCVəzifə öhdəlikləri:Cəmiyyətə gələn qonaqları nəzakətli və gülər üzlə qəbul edir, onlara qarşı diqqətli olur, onların müraciəti əsasında onları müvafiq bölmə və ya şöbələrə istiqamətləndirir;Cəmiyyətin adına gələn məktubları, teleqrafları və digər sənədləri qəbul edir, qəbul edilmiş qaydalara uyğun olaraq sənədləri sistemləşdirir, müvafiq bölmə və ya şöbələri məlumatlandırır;Cəmiyyətin bölmə və şöbələri tərəfindən göndəriləcək sənədlərin və ya məktubların göndərilməsi işini təşkil edir, onlara nəzarət edir, məlumatı rəsmiləşdirir, müvafiq qurum və şöbələrə nəticə barədə məlumat verir;Kargüzarlıq işini aparır, təsdiq olunmuş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların mühafizəsini təmin edir və qanunvericilik əsasında müəyyən edilmiş vaxtda arxivləşdirir;Rəhbərlik tərəfindən müəyyən olunmuş iclas və müşavirələrin vaxtını və yerini müəyyən olunmuş qaydalar əsasında işçilərə məlumat verir, lazım olan sənədləri hazırlayır, qəbul edilən qərarların qeydiyyatını aparır, protokolları hazırlayır, onları rəsmiləşdirir;Rəhbərlik tərəfindən müəyyən olunmuş müvafiq qərarların işçilərə elan olunmasını təmin edir;Rəhbərliyin və digər işçilərin dəftərxana ləvazimatlarını və texniki-təşkilati vasitələrə ehtiyacını müəyyən edir, onların təmin olunması üçün müvafiq bölmə və şöbələrə məlumat verir, onların ehtiyacı olan dəftərxana ləvazimatları və texniki-təşkilati vasitələrlə təmin olunmasını təşkil edir;Əmək qanunvericiliyinin tələblərini bilmək, əmək məşğulluq alt sistemində işçilərlə əmək müqaviləsinin bağlanmasını, xitamını təşkil edir və sistem üzərindən digər işlərin həyata keçirilməsini təmin edir;Rəhbərlik tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq işçilərin şəxsi sənədlərini qəbul edir, rəhbərlik, bölmə və şöbə rəhbərləri tərəfindən həmin sənədlərin imzalanmasını təşkil edir;Rəhbərliyin tələbi əsasında sənədləri hazırlayır, redaktə edir, imzalanması işini təşkil edir, sənədlərin surətinin (kseroks və scan) çıxardılmasını, çoxaldılmasını təmin edir;Bacarıq və səriştələr:Korporativ müştərilərlə iş təcrübəsi;Əmək və məşğulluq alt sistemində işləmək bacarığı;Ünsiyyətcil olmalı;Komanda ruhlu olmalı;Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;Problemləri həll etmə bacarığı olmalıdır.Vəzifəyə dair tələblər:Ali təhsil;Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;MS Office proqramlarını yüksək səviyyədə bilməli;Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi arzuolunandır.İş şəraiti:İş yeri – Qarabağ, Xankəndi şəhəriPozitiv və dəstəkləyici iş mühitiKaryeranın inkişaf etdirilməsi mümkün olan iş mühitiİş qrafiki: altı günlükƏmək haqqı 600-800 azn (işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır)Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qeydiyyatçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
