Vakansiya haqqında
EDUGrata Təhsil Mərkəzinin Nərimanov filialı üzrə "Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur. Vakansiya tələbləri: - Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;- Öyrənmək və araşdırmaq qabiliyyəti;- Ünsiyyət qura bilmə bacarığı;- MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;- Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;- Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-25 yaş daha məqsədə uyğundur);- Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür. Ünvan:Nərimanov filialı - Nərimanov metrosu, Qədir Xum restoranın yanı, Nazim Hacıyev 36. Vakansiyanın şərtləri:- Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir. (Fiks məbləğ namizədin bilik və bacarıqlarına görə dəyişə bilər)- iş saatı 9:00-dan dərs saatları bitənə kimi nəzərə tutulub. Ən gec bitən dərsimiz həftənin müəyyən günləri 18:30-da olur. Bizimlə çalışmağın üstünlükləri:- Fərdi və komanda şəklində inkişaf (əməkdaşlar üçün aylıq təlimlər təşkil edilir)- Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi Qeyd: 🔹 Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər. 🔹 Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.🔹 Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır. 📌 Vakansiya üçün müraciət etmək istəyən şəxslər hr@edugrata.az adresinə "Uyğun filialın adı və Qeydiyyatçı" başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərərən zaman doğum tarixinizi və yaşayış ünvanınızı qeyd etməyi unutmayın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
