Vakansiya haqqında
İş barədə məlumatİş saatları - 09:00 dan-18:00 dəkİş günləri 1-6 günlərİş yeri - Nərimanov rayonu, A.Aqarunov küç, Regent plaza.Əsas vəzifələr:• Ziyarətçilərin, müştərilərin və tərəfdaşların ofisdə qarşılanması və yönləndirilməsi• Şirkət əməkdaşlarına gələn qonaqlar barədə məlumat verilməsi• Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönləndirilməsi• Elektron və fiziki korrespondensiyanın qəbulu, qeydiyyatı və paylanması• Görüşlərin və danışıqlar otaqlarının bron edilməsi və hazırlanması• Danışıqlar otaqlarının səliqəsi, təmizliyi və texniki avadanlıqlarının işlək vəziyyətinin yoxlanması• Ofisə daxil olan poçt, sənəd və kuryer çatdırmalarının qəbul edilməsi• Müştərilərə və ziyarətçilərə şirkətin fəaliyyəti və xidmətləri barədə ilkin məlumatın verilməsi• Ofis daxili sənəd dövriyyəsinin və inzibati tapşırıqların icrasında iştirak• Kargüzarlıq və ofis ləvazimatlarının sifarişi və uçotunun aparılması• Əməkdaşların ezamiyyət və səfər təşkilinə inzibati dəstək• Kuryer, sürücü və xidmət göstərən digər şəxslərlə koordinasiya• Şirkət rəhbərinin, rəhbərliyin və onların qonaqlarının qarşılanması zamanı zəruri təşkilati dəstəyin göstərilməsi• Görüşlər zamanı çay, qəhvə və digər içkilərin təqdim olunmasının təşkili• Rəhbərliyin qəbul saatları və görüşləri zamanı inzibati və təşkilati yardımın göstərilməsiMəsuliyyətlər:• Şirkətin müsbət korporativ imicinin qorunmasına və təmsil olunmasına cavabdehlik• Ziyarətçilərlə nəzakətli, etik və peşəkar ünsiyyətin təmin edilməsi• Telefon və məlumat axınının düzgün və operativ idarə olunması• Ofis daxilində məlumatların düzgün ötürülməsi• Şirkətə məxsus məlumatların məxfiliyinin qorunması• İnzibati tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi• Şirkətin daxili qaydalarına və əmək intizamına riayət edilməsi• Təhlükəsizlik protokollarına riayət edilməsi• Şübhəli halların rəhbərliyə dərhal bildirilməsi. TələblərYalnız xanım namizədlərAzərbaycan dilində və rus dilində səlis danışıq və yazma qabiliyyəti.Baza kompüter biliklərinə sahib olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
