Vakansiya haqqında
📍Modern Engineering Bureau of Azerbaijan Vəzifə öhdəlikləriQazma meydançasında gündəlik əməliyyatlara və işçi heyətinin fəaliyyətinə rəhbərlik etmək;Qazma əməliyyatlarının təsdiq edilmiş proqramlara, prosedurlara və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək;Quyunun vəziyyətini və əməliyyat parametrlərini izləmək, yaranan texniki problemlərlə bağlı operativ tədbirlər görmək;İşlərin növbələr üzrə düzgün təhvil-təslimini və gündəlik əməliyyat məlumatlarının dəqiq aparılmasını təmin etmək;Qazma briqadası və xidmət şirkətlərinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, işlərin icrasına nəzarət etmək;Avadanlıqların, boruların, materialların və ehtiyat hissələrinin əməliyyatlar üçün hazır vəziyyətdə olmasını təmin etmək;Quyuya endirilən boruların, avadanlıqların və digər komponentlərin dəqiq uçotunun aparılmasına nəzarət etmək;Preventor və digər quyuya nəzarət avadanlıqlarının yığılması, sökülməsi və təzyiq sınaqlarının təhlükəsiz aparılmasını təmin etmək;İşə icazə sistemi, risklərin qiymətləndirilməsi və işqabağı təhlükəsizlik toplantılarının tələblərinə riayət olunmasına nəzarət etmək;Gündəlik əməliyyat və texniki hesabatların hazırlanmasında iştirak etmək;İşçilərin SƏTƏM, nizam-intizam və ekoloji tələblərə riayət etməsini təmin etmək;Təhlükəli işləri dayandırmaq və aşkar edilmiş risklər barədə rəhbərliyi məlumatlandırmaq;Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblərMüvafiq texniki sahə üzrə bakalavr, magistr və ya ekvivalent təhsil;Qazma sahəsində və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;Qazma və quyuya nəzarət əməliyyatları üzrə praktiki biliklər;SƏTƏM standartları, risklərin qiymətləndirilməsi və işə icazə sistemi üzrə biliklər;Briqadanı idarə etmək, iş bölgüsü aparmaq və operativ qərar vermək bacarığı;Texniki və gündəlik əməliyyat hesabatlarını hazırlamaq bacarığı;MS Office proqramlarından istifadə bacarığı;İngilis dili biliyi arzuolunandır;Well Control sertifikatının olması üstünlükdür;Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı;Liderlik, ünsiyyət, problem həll etmə və məsuliyyətlilik bacarıqları.Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunanelektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
