Vakansiya haqqında
AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Qaynaq işləri üzrə mühəndis” axtarışındadır.Tələblər:Təhsil: Ali/texniki peşəİş təcrübəsi: 2 il ( Metal konstruksiya və bənzəri sahədə)Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaranİş öhdəlikləri:Qaynaq işlərinin icrasına texniki rəhbərlik edilməsiQaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı əmək sərfinin azaldılmasının təmin edilməsi.Yeni qaynaq avadanlığının tətbiqi, texnologiyanın təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işlərin aparılması.Metal konstruksiyaların istehsalında qaynaq proseslərini düzgün və keyfiyyətli şəkildə yerinə yetirmək.Qaynaq işlərinin texnoloji standartlara və layihə tələblərinə uyğun şəkildə yerinə yetirilməsini təmin etmək.Qaynaq üçün istifadə edilən metal və digər materialların keyfiyyətini yoxlamaq, uyğunluğunu təmin etmək.İstehsalat sahəsində işçilərin təhlükəsizliyini təmin etmək, qaynaq prosesləri zamanı təhlükəsizlik tədbirlərini yerinə yetirmək.Qaynaq işlərinin düzgün planlaşdırılması, zamanında yerinə yetirilməsi və effektiv iş axınının təmin edilməsi.Qaynaq işlərinin keyfiyyətini daim nəzarətdə saxlamaq, işin yekununda keyfiyyət yoxlamalarını həyata keçirmək.Gündəlik və həftəlik iş planları barədə rəhbərliyə hesabatlar təqdim etmək.Yeni işçilərin təlimatlandırılması və onlara qaynaq işləri ilə bağlı biliklərin ötürülməsi.Qaynaq texnologiyalarında baş verən yeniliklərdən xəbərdar olmaq və bu yenilikləri istehsalata tətbiq etmək.İş şəraitiİş qrafiki: 5 günlük iş rejimi08:00-17:00 iş saatları12:00-13:00 nahar fasiləsiİş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsiTələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Qaynaq işləri üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yazaraq göndərə bilərlər.Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
