Vakansiya haqqında
"SAMT" MMC-də "Qaynaq şöbəsinin rəisi" vakansiyası mövcuddur.📍 İş yeri: Sumqayıt / Xızı🔹 Əsas öhdəliklər:• Qaynaq şöbəsinin gündəlik fəaliyyətini planlaşdırmaq, idarə etmək və koordinasiya etmək;• Qaynaq işlərinin texniki tələblərə, keyfiyyət standartlarına və istehsal planına uyğun icrasını təmin etmək;• Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət etmək, iş bölgüsünü təşkil etmək və onların inkişafını dəstəkləmək;• Təhlükəsizlik qaydalarına riayət olunmasını və qaynaq avadanlıqlarının düzgün istismarını təmin etmək;• İşlərin keyfiyyətinə nəzarət etmək, hesabatlar hazırlamaq və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.🔹 Tələblər:• Ali texniki təhsil (Mexanika, Qaynaq mühəndisliyi, Maşınqayırma və ya əlaqəli sahə üzrə);• Qaynaq sahəsində və rəhbər vəzifədə müvafiq iş təcrübəsi;• MS Office proqramları üzrə biliklər;• İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı;• Qaynaq texnologiyaları üzrə sertifikatların olması üstünlük hesab olunur;• Liderlik, təşkilatçılıq, analitik düşünmə və komanda idarəetmə bacarıqları.🔹 Şirkət tərəfindən verilən imtiyazlar:• Nahar;• Könüllü tibbi sığorta;• Servis nəqliyyatı.📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qaynaq şöbəsinin rəisi” qeyd etməklə recruitment@samt.az ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
