Vakansiya haqqında
Qanun Nəşriyyatı kitab nəşri sahəsində təcrübə qazanmaq, peşəkar mühitdə işləmək və gələcək karyerasına güclü başlanğıc etmək istəyən yeni məzunları Yay Təcrübə Proqramına dəvət edir.📅 Təcrübə müddəti: 18 avqust – 18 sentyabr 2026 (1 ay)🕘 İş saatları: 09:00–17:00📌 Son müraciət tarixi: 8 avqust 2026Təcrübə istiqamətləri və tələb olunan bacarıqlar📖 RedaktəAzərbaycan dili qrammatikasını yüksək səviyyədə bilməkRedaktə prinsipləri və mətnlə işləmə bacarığıDiqqətli, məsuliyyətli və araşdırma yönümlü olmaq✍️ KorrektəAzərbaycan dili qrammatikasını, orfoqrafiya və durğu işarələrini mükəmməl bilməkMətnlərdə dil və texniki səhvləri aşkar etmək bacarığıDiqqətli və səbirli olmaq🎨 Qrafik dizayn – Qapaq dizaynıAdobe InDesign, Adobe Photoshop və CorelDRAW proqramlarını bilməkKreativ düşüncə və yüksək vizual zövqSürətli və operativ işləmə bacarığı📚 Qrafik dizayn – Kitabın iç dizaynı (Səhifələmə)Adobe InDesign proqramını bilməkKitab səhifələmə qaydalarına bələd olmaqMətni düzgün formatlaşdırmaq və səhifələmək bacarığı🖨️ MətbəəLaklayıcı maşın operatorunun köməkçisi və ya Konika çap maşını üzrə çapçı istiqamətləriTexniki avadanlıqlarla işləməyə maraqÖyrənməyə həvəsli, məsuliyyətli və intizamlı olmaqKomanda ilə işləmək bacarığıTəcrübə proqramı ərzində iştirakçılar real iş prosesində peşəkar komanda ilə birlikdə çalışacaq və praktik təcrübə əldə edəcəklər. Proqramı uğurla başa vuran namizədlər üçün Qanun Nəşriyyatında işə qəbul imkanı yüksəkdir.Zəhmət olmasa, aşağıdakı məlumatları diqqətlə doldurun. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
