Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Qabyuyan (Steward)

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Hilton BakuQabyuyan bütün xidməti ərazilərinin təmiz saxlanmasını və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməklə yanaşı, mükəmməl qonaq və üzv təcrübəsi təqdim etmək üçün ümumi təmizlik vəzifələrini və qabyuyan maşınlarının işlədiləsini (icrasını) həyata keçirir.Mən nə edəcəm?Qabyuyan olaraq siz əla qonaq və üzv təcrübəsi təqdim etmək üçün ümumi təmizləmə vəzifələrini yerinə yetirmək və qabyuyan maşınlarını idarə etmək üçün məsuliyyət daşıyırsınız. Bütün xidməti ərazilərinin təmiz saxlanmasını təmin etmək, əməyin təhlükəsizliyi, sağlamlıq və gigiyena qaydalarına, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək qabyuyandan tələb olunacaqdır. Xüsusilə, siz aşağıdakı vəzifələri ən yüksək standartlara uyğun olaraq yerinə yetirmək üçün məsuliyyət daşıyacaqsınız:Qazan yuyan maşınları idarə etmək və gigiyena qaydalarına və şirkət standartlarına uyğun olaraq gigiyenik iş mühitini qorumaqStandartlara əsasən, xidməti ərazinin süpürülməsi, silinməsi, yuyulması daxil olmaqla ümumi təmizliyin həyata keçirilməsi, həmçinin, zibil qutularının və digər qutuların boşaldılması, düzgün qablarda yerləşdirilməsinin təmin edilməsiBütün mətbəxin təmiz saxlanmasını və mətbəx sahəsindəki bütün avadanlıqların təmizlik cədvəlinə uyğun olaraq təmizlənməsini təmin etməkHər hansı texniki xidmət və ya təhlükə məsələləri barədə növbətçi nəzarətçiyə məlumat verməkBiz nə axtarırıq?Hilton brendlərinə xidmət göstərən qabyuyan həmişə qonaqlarımızın rahatlığının təmin edilməsi üçün çalışır və digər komanda üzvləri ilə birgə fəaliyyət göstərir. Bu rolu uğurla yerinə yetirmək üçün siz aşağıdakı münasibəti, davranışları, bacarıqları və dəyərləri qorumalısınız:Müsbət münasibətYaxşı ünsiyyət bacarıqlarıTəzyiq altında işləmək bacarığıTək başına və ya komandada işləmək bacarığıBütün növbələrdə işləmək bacarığıHilton üçün işləmək necə olacaq?Hilton, tam xidmət göstərən lüks otellər və istirahət mərkəzlərindən tutmuş uzun müddətə qalmaq üçün suitlərə və orta qiymətli otellərə qədər yaşayış sektorunu əhatə edən aparıcı qlobal qonaqpərvərlik şirkətidir. Təxminən bir əsrdir ki, Hilton biznes və istirahət üçün səyahət edənlərə yaşayış, xidmət, şərait və dəyər baxımından ən yaxşısını təklif edir. Hilton özünün qlobal brendlərində müstəsna qonaq təcrübəsi təqdim etmək ənənəsini davam etdirməyə sadiqdir. “Yer üzünü qonaqpərvərliyin işığı və hərarəti ilə doldurmaq” şüarımız bizi hər gün dünyada möhtəşəm qonaqpərvərlik təcrübələri yaratmaq üçün bir komanda kimi birləşdirir. Və bizim heyrətamiz komanda üzvlərimiz hər şeyin mərkəzindədir!Vakansiya ilə maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.