Vakansiya haqqında
📍Storm Solutions MMCHazırda şirkətimizə Qablaşdırma üzrə fəhlə vakansiyası üzrə namizəd axtarılır.İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)Tələblər:Orta və ya peşə təhsili;Əlaqədar sahə üzrə azı 1 il iş təcrübəsi;Gecə növbəsi üçün uyğunluq;MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır;Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.Vəzifə və Öhdəliklər:Paketləmə prosesindəki avadanlıqların işləməsinin, təmizliyinin təşkili və nəzarət;Paketləmə prosesində uyğunsuzluq aşkarlandıqda əlaqədar şöbəyə məlumat vermək;Avadanlıqların düzgün işləməsini təmin etmək, texniki nasazlıq olduqda müvafiq şəxslərə məlumat vermək;Qablaşdırılmış məhsulların keyfiyyətinə nəzarət, vizual görünüş və ölçü standartlarına uyğunluğunu təmin etmək;Kisə məhsulların paletlərə yüklənmə işinin idarəolunması;Qüsurlu məhsulları ayırmaq və qeydiyyata almaq;İş yerini, avadanlıqları və ətraf mühiti təmiz və sanitariya qaydalarına uyğun saxlamaq;Növbə ərzində təmizlik işlərini aparmaq;Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;Ona həvalə olunmuş cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;Daxili əmək intizamı qaydalarına riayət etmək;Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
