Vakansiya haqqında
Psixomaarifləndirmə Tələbə Könüllüləri Proqramına qəbul başladı!Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək İctimai Birliyi psixologiya və təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələri Psixomaarifləndirmə Tələbə Könüllüləri Proqramına dəvət edir.Bu proqram psixologiya sahəsində oxuyan tələbələrin real layihələrdə iştirak etməsi və praktik təcrübə qazanması üçün yaradılmışdır.🎯 Könüllülər aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcəklər:Psixoloji maarifləndirmə layihələriVebinarların təşkiliPraktik seminarlar və canlı görüşlərPsixoloji sorğular və tədqiqatlarPsixoders.az platforması üzrə fəaliyyətPsixoloq mütəxəssislərlə görüşlərin təşkiliKitab layihələri və psixoloji tədbirlər🎁 Proqram sizə nə qazandıracaq?Real praktik təcrübəPsixoloji layihələrdə iştirakPeşəkar mühitYeni tanışlıqlar və əlaqələrSertifikat✅ Proqrama qəbul şərtləri:Psixologiya və ya Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə tələbə olmaqMəsuliyyətli və aktiv olmaqKomandada işləmək bacarığıİnkişafa maraq⏳ Proqram müddəti:3 ayTədbirlərin əksəriyyəti Bakı şəhərində keçirilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
